Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün kampaniya başlayıb
17:27 22.10.2014
Arxiv
578
Aksiya "Girovlarımızı azad et" adlanır
Azərbaycanda sosial şəbəkələrdə 5 dildə - Azərbaycan, ingilis, rus, fransız, o cümlədən erməni dilində "Girovlarımızı azad et” kampaniyası başlayıb. Virtual kampaniya dünyanın və BMT-nin tanıdığı sərhədlər daxilində öz ölkəsində bir yerdən başqa yerə hərəkət etdiyi üçün Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən qanunsuz saxlanılan azərbaycanlı mülki şəxslər - Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal və qeyri-şərtsiz azad edilməsi tələbi ilə təşkil olunub.
Virtual kampaniyada insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlardan nə üçün Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı heç bir münasibət bildirmədikləri, onların azad edilməsi ilə bağlı Ermənistana çağırışlar etmədikləri və bu istiqamətdə fəaliyyət göstərmədikləri soruşulur.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) passiv fəaliyyəti və azərbaycanlı girovların beynəlxalq hüquq normalarına zidd olaraq 27 oktyabr 2014-cü ildə Xankəndində separatçı rejim tərəfindən "məhkəmə”sinin keçirilməsinə haqq qazandıran bəyanatlarla çıxış etməsi sərt tənqid olunur.
Beynəlxalq Qızıl Xaç Komitəsindən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən mandatlarına uyğun açıqlamalar vermələri və fəaliyyət göstərmələri tələb edilir.
Ermənistan sosial şəbəkə istifadəçilərinin də geniş müzakirəsinə səbəb olan "Girovlarımızı azad et” virtual kampaniyası Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Azərbaycan dövlətinin apardığı gərgin fəaliyyətə dəstək məqsədi daşıyır.
Virtual aksiyaya qoşulanlar "Bu kampaniya azərbaycanlı girovların taleyindən narahat olmalı olan hər bir beynəlxalq təşkilatı narahat etmək üçündür” sözlərini yazıblar və sosial şəbəkə istifadəçilərini bu məsələdə susmamağa çağırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm