DİQQƏT ! :"Uşağı ev şəraitində sünnət etdirməyin ! - Qanaxma və infeksiya






"Ev şəraitində, kustar üsulla uşaqları sünnət etmək olmaz”.

Bunu "Sherg.az”a həkim-seksopatoloq Xudaverdi Əliyev deyib. 

O diqqətə çatdırıb ki, azyaşlıları sünnət etməzdən əvvəl qanın laxtalanma səviyyəsi müəyyənləşdirilməli, ona uyğun addım atılmalıdır:

"Bunu həyata keçirən şəxs- dəllək həmin məsələlərə fikir verməzsə, arterial damarı kəsə bilər və uşaq qanaxmadan dünyasını dəyişər. Ona görə, daha yaxşı olar ki, bu prosesi xəstəxanada həyata keçirsinlər.

Ara dəlləkləri əvvəl geniş yayılmışdı. İndi yavaş-yavaş sıradan çıxırlar. Tək-tük hallarda, xüsusilə rayonlarda belə hallar aradan qalxır. Özəl klinikalarda sünnəti 120-150 manata edirlər. İnsanlar ucuz başa gəlsin deyə, ev şəraitində sünnət etdirməli olurlar.

Ev şəraitində şəkildə uşaqları sünnət edərkən ocaq külündən istifadə edirlər. Bu da yaraya infeksiya keçirə bilər, qana mikrob keçər. Ümumiyyətlə, bu prosesdə gigiyenik qaydalara riayət olunmasa, əməliyyat düzgün aparılmasa həmin azyaşlı üçün gələcəkdə problemlər yaşana bilər”.

Ayyət Əhməd