Diqqət!:Maşın bazarı ilə elan saytları arasında kəskin qiymət fərqi var
17:57 04.02.2018
Arxiv
2117
Maşın almaq istəyənlər avtomobili ya elan saytlarından seçir, ya da bazarlara üz tuturlar. Amma bunların arasında xeyli qiymət fərqi var.
"Sherg.az" xezerxeber.az-a istinadən bildirir ki, eyni model, mühərrik və demək olar ki, eyni kilometr məsafə qət etmiş və eyni göstəricilərə malik iki avtomobilin qiyməti fərqlidir. Avtomobil bazarlarında eyni maşın 10 min manat satıldığı halda, elan saytında 12 min manata təklif edilir. Bu isə bir məsələni gündəmə gətirir. Avtomobil bazarları ilə elan saytları arasında qiymət fərqi hardan yaranır?
Nisbətən bahalı model və "Cip"lərə gəldikdə isə, aradakı qiymət fərqi daha da artır. Üstəlik, satıcılar deyir ki, bazarda avtomobilin qiymətini aşağı salmaq olur. Saytda isə bu, çətin məsələdir.
Satıcılar kimi alıcılar da avtomobil elanı saytlarında bazarlarla müqayisədə qiymətlərin baha olduğunu deyir. Bu fərq isə 500-2 min manat arasında dəyişir.
Satıcılar deyir ki, son bir neçə il ərzində avtomobillərin qiymətlərinin kəskin qalxmasının əsas səbəblərindən biri də saytlardakı yüksək qiymətlərin olmasıdır. Onların sözlərinə görə, avtomobil satmaq istəyən şəxs qiymət təyin etmək üçün ilk olaraq elan saytında həmin modelin neçəyə satıldığına baxır. Bazara gətirdikdə isə alıcıya elə saytdakı şişirdilmə qiyməti deyir.
Avtomobil alqı-satqısı ilə məşğul olanlar deyir ki, qiymət fərqinin yaranmasının əsas səbəbi elan saytlarının pulsuz, seçimin isə çox olmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya