Dırnaq batmasına dözə bilməyib, ayağını kəsdirdi

19 yaşlı gənc qız, dırnaq batmasından qaynaqlanan ağrılara dözə bilməyib, əvvəl dırnağını aldırdı. Ağrıları daha da pisləşdi, bu dəfə ayağını kəsdirdi. Hannah Moore adlı gənc qız, dırnaq batmasından ötəri cəhənnəm kimi bir 3 il keçirdikdən sonra öz ayağının kəsilməsi üçün 5 min pound (19 min lirə) ödəyib. Həkimlər, gənc qıza olduqca nadir hallarda rast gəlinən kompleks regional ağrı sindromu diaqnozu qoyub. Xəstəlik 19 yaşlı qızın ayağının qaralmasına səbəb oldu. Daha sonra ayağının ortasında bir dəlik açılıb. İllərcə davam edən faydasız müalicə üsullarından sonra həkimlər tövsiyə etməsə də Hannah, qıçının kəsilməsini istədi. 
Həkimlər, ağrının qıçının geri qalanında təkrarlana biləcəyini söylədi, ancaq gənc qız bu ağrını çəkməyə davam etməkdənsə riski seçdi. Hannah açıqlamasında bunun həyatında verdiyi ən doğru qərar olduğunu söylədi və əlavə etdi:
"Daha xoşbəxt ola bilməzdim. Keçdiyim 3 il kabus kimi idi. Qıçıma ədyal belə dəysə gözyaşlarına boğulurdum. Bir gün ayağımda qara bir halqa olduğunun fərqinə vardım. Getdikcə dözülməz bir yaraya çevrildi. Kompleks regional ağrı sindromundan qaynaqlanan yaralar hər gün daha da böyüyürdü. Qıçımda kifayət qədər qan dövranı olmadığı üçün dərim pisləşirdi". Böyük bir qərar verdiyinin fərqində olan Hannah, heç bir funksiyası olmayan bir ayağınının olmasındansa olmamasını seçdiyini söylədi. Gənc qız bir müddət əlil arabasından istifadə etdikdən sonra protez ayağına qovuşdu. İdmanı olduqca sevən Hannah, 2020-ci il Paralimpik Olimpiadalarında İngiltərəni təmsil etmək istəyir.