Diş qanamasıyla xəstəxanaya getdi:3 gün sonra həyatını itirdi






Türkiyənin Silivrinin Danamandıra kəndində yaşayan 37 yaşlı Vehbi Öztürk, dişlərinin tez-tez qanaması şikayətiylə xəstəxanaya getdi.

Edilən tədqiqlərdə qan xərçəngi olduğu təsbit edilən Öztürk, xəstəxanaya yatırdılmasından 3 gün sonra isə həyatını itirdi. Gənc yaşda xəstəliyə məğlub olan Öztürkün ölümü Danamandıra kəndini kədərə qərq etdi. Evli və iki uşaq atası olan gənc adamı həyat yoldaşının da hamilə olduğu öyrənildi. Öztürkün cənazəsi Danamandıra kəndində torpağa tapşırıldı.