"Dolların qiyməti artsa..." - Manat yenidən ucuzlaşır ?






"Dolların qiyməti artsada, bu, Azərbaycan manatına təsir göstərməyəcək".

Bu barədə "Sherg.az”a iqtisadcı-ekspert Qadir İbrahimli bildirib.

Onun sözlərinə görə, neftin qiyməti 50-60 dollara qədər ensə də, Azərbaycan manatının növbəti dəfə devalvasiyaya məruz qalma təhlükəsi yoxdur:

"Eyni zamanda ölkədə valyuta biraz artıb. Bununla yanaşı ölkəyə neftin bahalaşması ilə bağlı valyuta daxil olub. Ona görə də yaxın perpektivdə manatın məzənnəsinin dəyişməsi üçün elə bir iqtisadi əsas yoxdur. Yəni dollar bahalaşsa da, onun manata təsiri çox olmayacaq".

Xarici təsirlərin Azərbaycanın dollar bazarına birbaşa təsir gösdərmədyini söyləyən ekspert qeyd edib ki, FED-in hansısa qərarlarının Azərbaycanın valyuta bazarına dərhal təsiri mümkün deyil:

" Bu, birbaşa Azərbaycanın valyuta bazarında özünü göstərməyəcək. Çünki ölkəmizin valyuta ehtiyatlarının artması və Azərbaycana xarici valyutanın daxil olması manata olan təhlükəni aradan qaldırır".

Kənan Eynuroğlu