Donorluq məsələsi həll olunmayıb
19:58 27.02.2015
Arxiv
598
Parlament üzvləri də konkret qənaətə gələ bilmirlər
"Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi bəzi çətinliklər səbəbindən cari ildə də müzakirəyə çıxarılmayacaq”.
Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, bəhs olunan qanun layihəsi 6-7 ildir müzakirə edilir: "Göstərilən qanunda bu məsələlər ehtiva edilib və problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Lakin həmin qanun çərçivə qanunudur. Biz istədik ki, konkret bir sahəyə girək. Ölkədə ayrı-ayrı xəstəliklər haqqında qanunlar var. İstədik ki, reproduktiv sağlamlıq barədə məsələni də konkretləşdirək. Burada bir az çətinlik olduğuna görə qaldı və bu il müzakirəsi olmayacaq”.
Həmkarının açıqlamasını dəyərləndirən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev "Şərq”ə açıqlamasında qeyd edib ki, onlara çətinlik törədən donorluq məsələsidir: "Bu, təzə iş deyil. 1996-cı ildə qəbul olunmuş "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda yazılıb ki, Azərbaycanda donorluğa icazə verilir. "Reproduktiv sağlamlığın
qorunması haqqında” qanun isə onun daha geniş hüquqi əsaslarını və təminatlarını yaratdı. Amma Qafqaz Müsəlmanları İdarəsi qanuna çox sərt təpki verdi. Parlamentə məktub göndərdi ki, bu, islam adət-ənənələrinə ziddir. Bildirildi ki, qadının yumurtasının ərindən başqa bir donor kişinin nütfəsi ilə birləşdirilərək süni mayalanma yolu ilə hamilə edilməsi haramdır. Və bu yolla doğulan uşaqlar haramzadə sayılır. Şəriət normalarına görə vərəsəlik hüququndan məhrum olur. Parlament üzvləri də konkret qənaətə gələ bilmirlər. İndiki halda donorluğun qalması və ya çıxarılmasına dair konkret siyasi iradə olsa, hər şey dəqiqləşər. Məsələnin müzakirəyə çıxarılmasını ləngidən bax budur”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm