Dövlət Komissiyası: Ermənistan prezidentlərin Paris görüşündə əldə olunmuş razılaşmanı pozur
12:21 19.02.2015
Arxiv
636
Ermənistan 2014-cü il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əldə olunmuş razılaşmanı pozur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, keçən ilin oktyabrında Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Parisdə keçirilmiş görüşdə həm də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların məsələsi müzakirə olunub.
Prezidentlər F. Olandın müraciətini və təklifini nəzərə alaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəliyi ilə iki ölkənin aidiyyəti orqanları arasında əsir-girov və itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli üçün birbaşa əməkdaşlığın qurulması, habelə informasiya mübadiləsinin aparılması barədə razılıq əldə ediblər.
"Razılaşmaya uyğun olaraq, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirib. Görüşdə hər iki ölkənin müvafiq komissiyaları arasında əməkdaşlığın qurulması məsələsi müzakirə edilib və razılıq əldə olunub. Dövlət komissiyasının sədri işçi qrupuna bu istiqamətdə lazımi göstərişlərini verib.
Lakin Ermənistanın aidiyyəti Komissiyası sözdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirsə də, reallıqda bunun üçün heç bir konkret addım atmır. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu istiqamətdə heç bir irəliləyiş əldə etmək mümkün olmur.
Ermənistan tərəfi razılaşmaya uyğun olaraq əməkdaşlıqdan yayınmasının səbəbləri ilə bağlı hər hansı məntiqli izahat verməkdən çəkinir və faktiki olaraq pozucu mövqe nümayiş etdirir. Ehtimal olunur ki, Ermənistanın müvafiq dövlət komissiyası işğal altında olan ərazilərdə axtarış-araşdırma işlərini səthi aparıb və bu səbəbdən də hətta öz itkilərinin sayını belə dəqiq müəyyən etməyib”, - deyə Dövlət Komissiyasından bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm