
Dövlət sərhədimiz etibarlı əllərdədir
09:52 12.03.2019
Arxiv
434
Hərbi qulluqçularımız bundan sonra da vəzifələrinin öhdəsindən gələcəklər
Martın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb. Azərbaycanın dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirilib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verilib.
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşüb və başsağlığı veriblər.
Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.
Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılıb.
Məsələ ilə bağlı açıqlama verən Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev deyib ki, hər bir dövlətin hüdudları onun sərhədindən başlayır. Sərhədlərin inamlı, etibarlı qorunması dövlətin, onun vətəndaşlarının rahat və təhlükəsiz yaşamasını təmin edir:

"Ümumiyyətlə, sərhəd pozucularının niyyəti heç də xoş olmur. Onlar ölkə ərazisinə qanunsuz, sərhədi pozmaqla girməklə öz çirkin, qanunazidd əməllərini həyata keçirmək istəyirlər. Ona görə bu şəxslər hər şeyi gözə alır, sərhəd keşikçilərinin qanuni tələbinə əməl etməyərək onlara silahlı müqavimət də göstərirlər. Azərbaycan dövlətinin sərhədləri ən son model texnoloji avadanlıqlarla təchiz edilmiş, istənilən hava şəraitində, günün bütün saatlarında - gündüz, yaxud gecə, fərq etməz, sərhədi qanunsuz keçməyə cəhd etmə hallarını aşkar etmək və aidiyyəti üzrə tədbirlər görmək qabiliyyətinə malikdir. Son hadisə də onu göstərdi. Sərhədi qanunsuz keçməyə cəhd edən silahlı şəxslər sərhəd naryadının xəbərdarlığına məhəl qoymayaraq onlara qarşı silah tətbiq edib, nəticədə bir hərbi qulluqçu şəhid olub, digəri isə yaralanıb, sərhəd pozucuları isə istəklərinə müvəffəq ola bilməyərək geri qaçıblar. Bundan qabaq da dövlət sərhədini qanunsuz keçmək istəyənlərin qarşısı dəfələrlə alınıb və biz inanırıq ki, bundan sonra da dövlət sərhəd xidmətinin hərbi qulluqçuları dövlət sərhədlərini inamla, etibarla, əzmlə qoruyacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm