DTX Rusiya təyyarəsinin Bakıya məcburi eniş etməsi ilə bağlı məlumat yayıb
20:18 11.03.2019
Arxiv
594
Martın 11-də saat 14:15-də Azərbaycan Respublikasının hava məkanından keçməklə "Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiya Federasiyasının "Uralskiye Avialinii” aviaşirkətinə məxsus "Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilib, təyyarə hava limanına məcburi eniş edib.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətindən (DTX) AZƏRTAC-a bildiriblər ki, mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, "Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və digər aidiyyəti dövlət orqanlarının məsul şəxsləri hava limanına gəliblər.
Müvafiq tədbirlər çərçivəsində hava gəmisinin sərnişinləri və ekipaj üzvləri çevik təxliyə olunub, zəruri şəraitlə təmin edilib, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət göstərilib. Hüquq mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks antiterror yoxlamaları aparılıb, hava gəmisinə baxış keçirilib, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli araşdırmalara başlanılıb. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib.
Hazırda hava gəmisinin sərnişinləri və ekipaj üzvləri müvafiq qaydada yerləşdiriliblər. Təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcək. Beynəlxalq hava limanı ştat rejimində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm