Dünyada ən uzun kipriyə sahibdir

Ginnesin Rekordlar Kitabına düşdükdən sonra Valeri kipriklərini kəsib satacaq



Ukraynalı kişi dünyada ən uzun kipriyə malik olduğunu iddia edir.
O, kipriyinin sürətlə uzanmasını adını açıqlamaq istəmədiyi qidayla bağlayıb. Kiyev şəhərindən olan 58 yaşlı Valeri Smaqli pəhrizini dəyişdikdən sonra kipriyinin sürətlə uzandığını hiss edib. İndi isə o, uzun kipriklərinin ona pul gətirəcəyini zənn edir. O deyib: "Bir qidanı qəbul etdikdən sonra kipriklərin sürətlə böyüdüyünü gördüm. Hesab edirəm ki, qadınların diqqətini cəlb edən uzun kipriklərim mənə xeyir gətirə bilər. Tez-tez küçədə qadınlar məni saxlayıb kipriklərin həqiqi olub-olmamasına baxır. Kipriklər uzandıqca ağrı da verməyə başlayır. Həmçinin 3 santimetr uzunluqda olan kipriklər görməyə də maneə yaradır”. Valeri kipriklərini uzadaraq, onları qadınlara satmaq istəyir. Kiprikləri kəsməzdən öncə o, Ginnesin Rekordlar Kitabının qeydiyyat ofisinə getməyi planlaşdırır. Kitaba düşdükdən sonra Valeri kiprikləri kəsib satacaq.