Dünyanın ən tüklü adamı

İndi halından qürur duyduğunu söyləyir
ABŞ-da yaşayan Larry Gomezin bədəninin yüzdə 98 faizi tüklərlə örtülüb və dünyanın ən tüklü adamı olaraq tanınır. "Qurd adam” kimi çağrılan və son dərəcə nadir görünən Hiperlökoza xəstəliyinə tutulan Gomezin sifətinin haradasa hər tərəfi tüklərlə bağlıdır.
Gomez həyatının böyük bir qisimini psixoloji problemlərlə keçirmək məcburiyyətində qalıb. Dünyanın ən tüklü adamı illərdir mətbuata danışmaqdan yayınır, öz halında bir həyat sürürdü...
Xəstəliyi üzündən uşaqkən tez-tez lağ obyektinə çevrilirdi, indi isə bunları yaşamağı öyrənmiş vəziyyətdədir. Bunun səbəbi isə Gomezə görə olduqca sadədir...
Gomez, artıq "dünyanın ən tüklü adamı” olaraq xatırlanmaqdan qürur duyduğunu söyləyir.
Larry ayda bir dəfə tüklərini tamamilə təraş edir, ancaq tüklərinin çox tez uzanmasından da şikayətçidir. Bu xəstəlik dünyada 100 nəfərdə müşahidə olunur. Larry 2011-ci ildə özünə ev axtararkən tanış olduğu Alicia Martinezlə evlənib.