
Əflatun Amaşov Akif Aşırlını təbrik etdi: "...Məktəb yaratmış baş redaktordur"
14:43 15.02.2019
Arxiv
657
Bu gün Azərbaycan mətbuatında, elmində, ictimai-siyasi mühitində öz dəsti-xətti ilə seçilən, öz çəkisi və mövqeyi olan dostum, dəyərli ziyalı Akif Aşırlının doğum günüdür. 50 yaşı tamam olur.
Akif Aşırlı deyəndə heç şübhəsiz, ilk növbədə yada düşən "Şərq” qəzetidir. Akifin adı çəkiləndə neçə-neçə kitablar, elmi tədqiqatlar da göz önünə gəlir.
"Sherg.az" xəbər verir ki, bunu Mətbuat Şurasının(MŞ) sədri, millət vəkili Əflatun Amaşov deyib. MŞ sədri qeyd edib ki, A.Aşırlının tarix üçün etdikləri haqqında ayrıca söz açılacaq, geniş danışılacaq mövzudur. Amma hesab edirəm ki, Akif Aşırlı imzasını Azərbaycanın ictimai rəyinə qazandıran jurnalistikadır, elə "Şərq”in özüdür.

Akif Aşırlı şərəfli və ləyaqətli simadır, jurnalistikada peşəkarlıq örnəyidir, məktəb yaratmış baş redaktordur. Akif Aşırlı eyni zamanda qayğıkeşdir, sadəqətlidir, prinsipialdır. Daxili təmizliyindən, saflığından irəli gələn çılğınlığı var.
50 yaşlı dostum əsl ideya adamıdır. Vətənpərvərliyini, doğma yurd-yuvasına, soykökünə bağlılığını yaradıcılıq müstəvisinə gətirməyi bacaran bütövlük nümunəsidir. Həm həssas yanaşmasına söykənən peşəkarlığına, həm də daxili keyfiyyətlərinə görə dostlarının, onu tanıyan hər kəsin sevimlisidir. Onu tanıyanlar və sevənlər isə əminəm ki, çoxdur.
Akif Aşırlını ürəkdən təbrik edirəm. Yaşadığı mənalı ömrü uzun olsun. Arzu edirəm ki, onu hər zaman sağlam və gümrah görək. 50 yaşının sevinc payı yeni yaradılıcıq uğurları da gətirsin. Nəcib əməllərə köklənmiş bu Vətən oğlunun uğurlarının davamlılığı ölkəmiz üçün faydalıdır.
50 yaşın mübarək, əziz dost!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi