Əfv sərəncamları dövlətin humanist, insan hüquqlarına hörmət siyasətinin təzahürüdür
06:32 17.03.2019
Arxiv
648
Əfv sərəncamlarının verilməsi dövlətin üzərinə qoyulmuş bir vəzifə deyil. Bu, dövlətin humanist, insan hüquqlarına hörmət siyasətinin təzahürüdür. Bunu Trend-ə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.
A.Səfixanlı bildirib ki, azadlıq hər bir insanın doğulduğu andan təbii və ayrılmaz hüququdur və beynəlxalq hüquq normalarında azadlıq hüququ əsas insan hüquqları sırasında özünəməxsus mühüm yer tutur:
"İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərin iştirakçısı olan Azərbaycanda həyata keçirilən demokratik hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasəti nəticəsində qəbul olunan amnistiya aktları, imzalanan əfv sərəncamları məhz insan azadlığına verilən dəyərin göstəricisidir. İnsan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın nəticəsidir ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 11 amnistiya aktı qəbul olunub, 65 əfv fərman və sərəncamı imzalanıb, bunun nəticəsində minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşub".
O vurğulayıb ki, çoxdan unudulmuş əfv və amnistiya institutlarının Ulu Öndər Heydər Əliyev tərəfindən bərpası olduqca mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasət islah olunmuş məhkumların bağışlanılması və cəmiyyətə inteqrasiyasına imkan yaradıb.
Ombudsman Aparatının rəhbəri əlavə edib ki, həyata keçirilən humanist siyasətin davamı olaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli sərəncamı 431 nəfərə şamil olunub:
"Bu əfv sərəncamında azadlıqdan məhrum etmə və digər cəza növlərinə məhkum edilmiş bir sıra şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilib, eyni zamanda ömürlük azadlıqdan məhrum edilmiş bir sıra şəxslərin cəzası müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub. Qeyd etmək istərdim ki, bu əfv sərəncamında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin ölkə başçısına ünvanladığı vəsatətlər də nəzərə alınaraq bir qrup məhkum əfv edilib. Müvəkkilin fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 692, 2019-cu il 16 mart tarixli son sərəncamla isə 54 məhkum əfv edilib".
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial