Əhalidən köhnə, cırılmış pulları götürmürlər
19:17 16.02.2015
Arxiv
4397
Ekspertlər hesab edir ki, problemi Mərkəzi Bank həll etməlidir
Dövriyyədə köhnə pullar var və bundan ən çox sadə vətəndaşlar əziyyət çəkir. Əmək haqqı alan vətəndaşlar onlara verilən əsginazlar arasında köhnə, cırılmış, "skoçla” yapışdırılmış pullar olduğunu deyir və ticarət mərkəzlərində, marketlərdə belə pulların onlardan qəbul edilmədiyini bildirirlər.
Köhnə əsginazlarsa, banklar vasitəsilə vətəndaşların əlinə gəlir. İdarə və müəssisələrin banklardan nağd şəkildə götürdükləri milli valyutanın arasında bəzən xeyli sayda köhnə pullar olur. Banklar vətəndaş köhnə pulu görüb etiraz etməsin deyə, köhnələri yenilərin arasında "gizlədir”. Əmək haqqı verildikdə isə köhnə pullar üzə çıxır. Problemsə, pulun köhnə olmasından daha çox, onun alış-veriş mərkəzlərində, marketlərdə vətəndaşdan qəbul edilməməsidir. Kassada əyləşənlər bu imtinanın səbəbini onlardan da belə pulların qəbul edilmədiyi ilə izah edirlər. Bəs çıxış yolu nədədir?
Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd etdi ki, köhnə əsginazlarla bağlı məsuliyyəti Mərkəzi Bank daşıyır:
- Mərkəzi Bank öz səlahiyyətlərindən istifadə edərək ildə bir dəfə köhnə, yararsız əsginazları aktlaşdırma yolu ilə dövriyyədən çıxarıb, əvəzinə yenilərini daxil etməlidir. Mərkəzi Bankın bunu etmək üçün hər bir səlahiyyəti və rezervi də var. Mərkəzi Bank bu məsələyə ciddi yanaşmalıdır və sərt tədbirlər görməlidir. Digər banklar da köhnə əsginazları aktlaşdırıb Mərkəzi Banka təhvil verməlidirlər.
Ekspert köhnə əsginazların vətəndaşlardan qəbul edilməməsinin qanun pozuntusu olduğunu dedi:
- Çox zaman şahidi oluruq ki, ticarət mərkəzləri, marketlərdə vətəndaşlardan köhnə, cırılmış, yapışdırılmış pulları qəbul etmirlər. Əgər banknotun nömrəsi aydın görünürsə, nömrə olan hissə cırılmayıbsa, aydın oxunursa, qoruyucu işarələr də yerli-yerindədirsə, o əsginaz vətəndaşdan qəbul edilməlidir. Nömrəsi və qoruyucu işarələri aşkar görünən əsginazların köhnəliyi "əsas” gətirilərək vətəndaşdan qəbul edilmirsə, bu, kobud qanun pozuntusudur. Vətəndaşın həmin əsginazın qəbulunu tələb etmək hüququ var. Ticarət mərkəzləri, marketlər köhnə, cırılmış əsginazları sonradan onların özü üçün problem yaranmasın deyə, qəbul etmirlər. Çünki ticarət mərkəzləri və ya super-marketlər topdan satış məntəqələrindən mal alır, ehtiyat edirlər ki, birdən köhnə pulları onlardan qəbul etməzlər. Necə ki, onlar alıcıdan köhnə pulları almaq istəmir, eləcə də satış məntəqələri də köhnə pulları qəbul etmir. Nəticədə, zərərçəkən sadə vətəndaş olur. Köhnə pulların "yükü” vətəndaşın üzərində qalır. Vətəndaş köhnəlmiş, cırılmış pullarla nə edəcəyini bilmir.
N.Cəfərli bankomatlarda köhnə pullara az rast gəlindiyini də bildirdi:
- Bankomatlarla məsələ fərqlidir. Bankomatların quruluşu köhnə pulların daxil edilməsinin qarşısını alır. Çünki köhnə pullar ilişib qala bilər, bankomatın sistemi pozular. Banklar bunu nəzərə alaraq bankomatlarına yeni əsginazların qoyulmasına çalışırlar. Bankomat xarab olanda onu təmir etdirmək baha başa gəlir. Hər bankın özünün bankomatı var. Ən çox bankomatı olansa Azərbaycan Beynəlxalq Bankıdır. Bankomatlarla məsələ asandır. Ora demək olar ki, köhnə əsginazlar yerləşdirilmir. Problem nağd formada əmək haqqı alanlarla bağlıdır ki, köhnə pulları əsasən bu zaman təkrar dövriyyəyə buraxırlar. Gərək bütün banklar köhnəlmiş əsginazların dövriyyədən çıxarılmasına çalışsın, amma ərindiklərindən bu işi etmirlər. Buna zaman ayırmaq istəmirlər. Çıxış yolunu köhnə əsginazları vətəndaşlara ötürməkdə görürlər. Bu da vətəndaşlar üçün problem yaradır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm