Əlcəzairdə seçki prosesi başladı: 100-dən çox insan prezident olmaq istəyir





Əlcəzairdə 100-dən çox insan DİN-nə prezident seçkilərində namizəd qismində qeydiyyatdan keçmək niyyəti barədə ərizə verib.

Trend-in məlumatına görə, cari ilin aprel ayında nəzərdə tutulan seçkilərdə namizədliyini irəli sürmək niyyəti ilə bağlı DİN-ə 101 məktub daxil olub.

Potensial namizədlərə imzaların toplanması üçün xüsusi formalar verilib. DİN qeyd edir ki, müraciət edənlərin 13-ü siyasi partiyaların liderləridir, digər 88 nəfər isə müstəqil namizədlərdir.