Elçin Əhmədov: "Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil"
10:04 17.02.2019
Arxiv
695
Fevralın 15-də Moskvadakı "Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti millətlərarası münaqişə kimi qiymətləndirmək çox yanlış olardı.
Azərbaycan və çeçen xalqları arasında tarixən çox sıx dostluq münasibətləri mövcuddur. Bu münasibətləri heç kəs sarsıda bilməz, çeçenlər və azərbaycanlılar dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər.
Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.
E.Əhmədov deyib ki, Rusiya Federasiyası, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan Respublikası üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında əməkdaşlıq ildən-ilə genişlənir və möhkəmlənir. Bu münasibətlər bütün sahələrdə, o cümlədən ticari-iqtisadi sahədə, siyasət və mədəniyyət istiqamətlərində özünü göstərir. Xüsusilə, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir.
2018-ci il dekabrın 14-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Azərbaycan Prezidentinin 2018-ci ilin sentyabrında Rusiyaya səfəri zamanı 16 sənəd imzalanıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin keçən ilin sentyabrında ölkəmizdə səfərdə olub və bu səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4,2 milyard dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edir.
"Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil. Heç şübhəsiz ki, ölkələrimizin mövqelərinin güclənməsi bəzi qüvvələri narahat edir və onlar xalqlarımız arasında düşmənçilik toxumu səpərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Şübhəsiz ki, erməni lobbisi də həmin hadisəni öz mənafeyi naminə şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlıdır və bu, onların Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq istəyindən irəli gəlir. Bu insidentin bu cür əks-səda doğurması da məhz onların təsirinin nəticəsidir. Lakin bu cəhdlər əbəsdir. Heç bir qüvvə Azərbaycan və çeçen xalqları arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə xələl gətirə bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya