Əli Həsənovdan Xocalı açıqlaması: "Haqlı mübarizəmizə davam edəcəyik"





Ankarada Xocalı ilə bağlı tədbir keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, İNDEX qurumunun təşkil etdiyi tədbirdən əvvəl ermənilərin tarixi Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımlar, Birinci dünya müharibəsi vaxtı Anadoluda törətdikləri qətliamlar, ASALA terror təşkilatının Türk diplomatlarını şəhid etmələri, 1988-ci ildən sonra Qarabağı ilhaq cəhdləri, Türk etnosunun Ermənistan ərazisindən tamamilə çıxarılması, Qarabağın və ətraf rayonların işğalı, Xocalısoyqırımı barədə çəkilmiş sənədli film nümayiş etdirilib.
Tədbirin açılışında dünyada ilk dəfə 4K texnologiyası ilə hazırlanmış slayd nümayiş etdirilib.Tədbirdə çıxış edən İNDEX qurumunun başqanı Rəşad Abdullayev 1915-ci ildə Anadolu torpaqlarında törədildiyi iddia edilən "soyqırım” böhtanlarına qarşı "Empathy” layihəsiylə çıxış etdiklərini və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv şəkildə çatıdırılması üçün əllərindən gələn hər şeyi edəcəklərini vurğulayıb.”Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev bu işdə lazımi siyasi iradəni nümayiş etdirərək bizə yol göstərməkdədirlər. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçünBMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, ancaq heç biri indiyədək həyata keçirilməyib. Ona görə də biz Xocalı və Azərbaycan torpaqlarının işğalı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əlimizdən gələni edəcəyik”, deyə Rəşad Abdullayev qeyd edib.
"Eurovision 2012" mahnı müsabiqəsinin qalibi Nigar Camal Xocalı soyqırımını canlandıran slaydın önündə "Broken dreams” adlı mahnısını səsləndirib. Xocavəndrayonu Qaradağ kəndinin sakini Rəşad Zeynallı isə Xocalı soyqırımının yaratdığı psixoloji travmayla bağlı duyğularını salona toplaşanlarla bölüşüb.