Əli Hüseynli: “Çeçenlər və azərbaycanlılar arasında baş verən insident təxribat xarakteri daşıyır"
13:37 16.02.2019
Arxiv
571
"Moskvada çeçenlər və azərbaycanlılar arasında baş verən insident, sözsüz ki, təxribat xarakteri daşıyır. Tarixən çeçenlər və azərbaycanlılar arasında dostluq və qardaşlıq münasibətləri olmuşdur. Ümumiyyətlə, Qafqazın müsəlman xalqlarını, o cümlədən çeçenləri və azərbaycanlıları uzun əsrlik ümumi tarixi-mədəni ənənələr bağlayır. Xalqlarımız həm çətin gündə bir-birinin yanında olub, yaşadığımız müharibələr dönəmində bir-birinə pənah aparıb və dəstək olublar. Həm çeçenlər, həm də azərbaycanlılar zamanında deportasiyaya məruz qalmışlar, amma tarixin bu sınaqları xalqlarımızın əzmini sarsıtmayıb. Aramızda mövcud olan Qafqaz sıra dağları bizi ayıran yox, əksinə, birləşdirən coğrafiya olub. Müasir dövrdə də bu ənənələr davam etməkdədir”.
Bunu "Reporta” açıqlamasında Milli Məclisin Rusiya Dövlət Duması ilə parlamentlərarası İşçi qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son günlər Rusiyada azərbaycanlılarla çeçenlər arasında baş verən insidentə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistan Prezidenti Ramzan Kadırovun arasında mövcud olan şəxsi dostluq münasibəti xalqlarımızı daha da yaxınlaşdırıb: "Təsadüfi deyil ki, azərbaycanlılar hazırda Çeçenistana investisiya yatırır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. O cümlədən Şimali Qafqaz xalqlarının, həmçinin çeçenlərin yaşayış, iş və turizm üçün seçdikləri ən doğma ölkə məhz Azərbaycandır. Xalqlarımızı bağlayan tarixi-iqtisadi, mədəni yüzlərlə hadisələr, müsbət nümunələr var. Vaxtı ilə çeçenəsilli SSRİ xalq artisti Mahmud Esenbayev haqqında "Mən rəqs edəcəyəm” filmini məhz azərbaycanlı rejissor Tofiq Tağızadə çəkib. 1980-ci ildə isə ilk çeçen bədii filmi olan "Dağ novellası”nda (Горская новелла) əsas baş rollardan birində Azərbaycanın məşhur aktyoru Rasim Balayev çəkilib. Bu gün ictimaiyyətimizin, cəmiyyətimizin müzakirə edəcəyi, bölüşəcəyi çoxlu belə mədəni əlaqələr nümunələri var. Hətta idman yarışlarında belə azərbaycanlılar və çeçenlər arasında mübarizə simvolik xarakter daşıyır və qarşılıqlı hörmətlə müşahidə olunur. Ona görə də bir daha vurğulamaq istəyirəm ki, Moskvada baş vermiş bu hadisədə üçüncü qüvvələrin izi görünür və bunun heç bir real əsası mövcud olmayıb. Biz qardaş xalqlarımızın nümayəndələrini bu hadisənin mahiyyətini düzgün dəyərləndirməyə, internet vasitəsilə edilən provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq. Xalqlarımız arasında mövcud olan dostluq və qardaşlığı daha da inkişaf etdirmək və bunu nümayiş etdirmək bu təxribatlara ən yaxşı cavabdır” - Ə.Hüseynli vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm