Əli İnsanov Azərbaycanda yaşayacaq, harasa getmək fikri yoxdur

"Mənim Azərbaycandan kənarda yaşamaq fikrim yoxdur. Mən həmişə öz ölkəmdə yaşayacam".
Bunu jurnalistlərə Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa buraxılan sabiq səhiyyə naziri Əli İnsanov deyib.
O, Azərbaycanda yaşayacağını qeyd edib: "Ailə üzvlərim ölkədədir, ona görə də harasa getmək fikrim yoxdur".