“Elnarə Abdullayevanı məhkəməyə niyə verməliyəm ki?..”
20:41 25.02.2015
Arxiv
816
Qurban Məmmədov: “Onu qızım qədər çox istəyirəm, səsinin vurğunuyam”
Tanınmış hüquqşünas Qurban Məmmədovun müğənni Elnarə Abdullayevanı məhkəməyə verəcəyinə dair mətbuatda məlumatlar yer alıb. Addımın səbəbi müğənninin konsertinə satılan biletin baha olması ilə izah olunur. Q.Məmmədovun həmin məsələ barədə bəzi media quruluşlarında yayılan açıqlamasını təqdim edirik.
"Həbsxanada olanda Elnarə xanımın yanıqlı səsiylə, oxuduğu muğamlarla daha rahat nəfəs almışam. Onun konsertinə qatılmaqla istədim ki, həbsdə olduğum müddətdə yığılıb, qalmış mənəvi borclarımın heç olmasa bir hissəsini ödəyim. Alınmadı. Bilet neçəyə olsa yaxşıdır: 70-80 manat. Son sıralar 20 manat. Deyəsən, belə konsertlər də monopoliyadadır. Bu qiymətə millət necə bilet alır, anlamıram. Ancaq bilet də yox idi. Satılıb qurtarıb çoxdan. Mənim və ailə üzvlərimin Allahın Elnarə xanıma verdiyi səsdən feyziyab olmaq haqqı var, ya yox? Bu ciddi məsələni hüquqi müstəvidə həll etmək üçün müğənnini məhkəməyə verəcəyəm. Qoy, məhkəmə qərar versin, görək Allahın verdiyi səsi, talantı belə baha satmağa Elnarə xanımın nə haqqı var?”.
İttihamlara cavab verən müğənni isə bildirib ki, qiymətləri özü müəyyənləşdirmir: "Nə olsun, mən də beşmərtəbəli villada yaşamaq istəyirəm. Kimin imkanı varsa, gəlib baxır. Heç nədən xəbərim yoxdu. Bircə onu bilirəm ki, ən bahalı bilet 80 manat, ən ucuzu 20 manat olub. Qiyməti 20 manatdan da aşağı qoyaq? Bir adama da bilet aldırmamışıq. Kasıb camaatımız sağ olsun. Allah onların cibinə bərəkət versin ki, biletlərin hamısını alıblar”.
Müğənni daha sonra məhkəməyə veriləcəyi təqdirdə prosesdə iştirak etməyəcəyini, adamlarını göndərəcəyini söyləyib.
Məlumat üçün bildirək ki, E.Abdullayevanın konserti fevralın 22-də Respublika Sarayında baş tutub.
Söz-söhbətlərə aydınlıq gətirən Q.Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, E.Abdullayevanı məhkəməyə verəcəyi barədə yazılanlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, məsələni qabartmaqda məqsədi əlaqədar qurumlar və müğənnilərin diqqətini bu problemə cəlb etmək istəyib: "Həmin konsertə bileti 10-15 gün qabaqdan almışdım. 20 manatlıq bilet götürdüm. Onun səsini ikinci və yaxud da 35-ci sıradan dinləmək mənə fərq etmir. Sadəcə, bilet alanda bir yaşlı qadın və kişinin giley-güzarının şahidi oldum. 20 manata gücləri çatıb, bilet əldə edə bilmədilər. Ona görə də öz-özlərinə şikayətlənirdilər, deyinirdilər. Açığı, üstümdə o qədər pul yox idi ki, onlara kömək edim. Bəzi müğənnilər bilsinlər ki, onları dinləmək istəyən imkansızlar çoxdur. Onların da konsertə gedib, musiqi dinləməyə haqları çatır. Ya dövlət, ya da bələdiyyə hansısa bir formada bu hüququ təmin etməlidir”.
Sözügedən açıqlamasında təhrifə yol verildiyini söyləyən hüquqşünas vurğulayıb ki, Elnarəni qızı qədər çox istəyir: "Sənətinin və məlahətli səsinin vurğunuyam. Şəxsiyyətinə böyük hörmətim var. Onu məhkəməyə niyə verməliyəm ki? Məhkəmə söhbəti olmayacaq. Elnarəni təqsirləndirmirəm. O da konsertin təşkil olunduğu salona, musiqiçilərə ödəniş ödəməlidir. Əslində isə bələdiyyələr müğənnilərin konsertini yerlərdə təşkil edə bilərlər. Çünki sənət adamları gedib, bahalı saraylarda konsert verirlər. Kasıb təbəqə də onların səsini dinləməkdən məhrum olur. Məsələni ona görə qaldırmışam. Elnarə ilə işim yoxdur”.
Müsahibimiz onu da əlavə edib ki, artıq məsələ ortadadır. Aidiyyəti qurumlar və ya şəxslər işə başlamalıdırlar: "Mədəniyyət Nazirliyi və bələdiyyələr bu işin üstündə işləməlidirlər. Problem aradan qalxmalıdır. Kasıb zümrənin də konsertlərdə iştirakı təmin olunmalıdır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm