Elnarə konsertinə bir maşının pulunu xərcləyir
21:07 03.02.2015
Arxiv
1632
Saraydakı çıxışından sonra müğənni qurban kəsəcək
Xanəndə Elnarə Abdullayeva media nümayəndələri ilə görüşüb, konsert barədə geniş məlumat verdi. Mətbuat konfransında xanəndənin özü, layihə rəhbəri, prodüser Asif Kərimov da iştirak edirdi.
Məlum oldu ki, fevralın 20-də Heydər Əliyev adına Sarayda Elnarə Abdullayevanın "Biz zəfər çalacağıq” adlı ilk böyük solo konserti keçiriləcək. Konsert 2 saata yaxın davam edəcək. Konsertdə xanəndəni iki böyük ansambl müşayiət edəcək. Xalq Çalğı Alətləri Ansamblı müğənni muğam ifa edərkən, klassik parçaları isə instrumental ansambl bəstəkar mahnılarını təqdim edərkən müşayiət edəcək.
Mətbuat konfransında konsertin büdcəsi ilə maraqlanan jurnalistlərə Elnarənin maraqlı açıqlaması oldu. Müğənni "Bu günə kimi bir insandan ətir belə hədiyyə görməmişəm. O da qala konsertə pul versinlər. Heç kimdən heç nə gözləmirəm. Konsertdən xeyir də güdmürəm. Qismət olar, bundan sonra pulsuz da konsert verərəm. Mənə qalsa, gecəni bir geyimlə yola verərdim. Amma deyirlər olmaz, iki geyim hazırlamışıq. Mən konserti öz şəxsi vəsaitim hesabına təşkil edirəm. Sarayda konsert vermək mənim uşaqlıqdan ən böyük arzum olub. Hər dəfə sarayın yaxınlığından keçərkən bunu arzulamışam. Allah qismət edir, inşallah, bu arzum həyata keçir. Hələ çox gənc ikən qurban demişdim. Demişdim ki, əgər orda konsert versəm, qurban kəsdirərəm. İnşallah, bunu da elə siz media nümayəndələri ilə birgə Şamaxıda gerçəkləşdirəcəm. Qaldı vəsaitə, heç kimə elə-belə gətirib pul vermirlər. Mənə də heç kim gətirib bir manat pul verməyib bu günə qədər ki, götür bu bir manatı, xərclə. Öz gücümə bu yerə gəlib çatmışam. Konsertə də nə deyim, bir maşının pulu hələ ki xərcləmişəm. İndi kim necə istəyir, elə başa düşsün. Mən sadəcə içimdə olan musiqiyə sevgimi tamaşaçımla bölüşmək istəyirəm. Allah hamının arzusunu versin. İnşallah, konsertdən sonra məbləği açıqlayarıq”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual