"Ən böyük yanlışlıq kasıbların varlı kimi davranmasıdır" - TƏQLİD





"Şəhərdə qəbirstanlıq yerləri faktiki mülkiyyət hesab olunur”.

Bu barədə "Sherg.az”a qəbir yerlərinin satılmasından danışarkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. 

Onun sözlərinə görə, kimsə yer alır, qəbirstanlıq düzəldir və həmin ərazidən pul qazanır:

"İnsanlar müstəqil, pulsuz yerlər olmadığına görə, məcbur olub, kiminsə şəxsi mülkiyyətindən yer alıb, ölüsünü dəfn edir. Qəbir yerləri qiymətlərinə görə dəyişir. Hətta tam pulsuz olan qəbirstanlıqlar da var. Bunlar isə daha çox şəhərdən kənardadır. Bahalı qəbirlər isə şəhərin mərkəzində, ziyarət edilməsi asan olan ərazilərdəki qəbirstanlıqlarda olur.

Kasıblar özlərini varlılarla müqayisə etməməlidirlər. Cəmiyyətdə ən böyük yanlışlıq da kasıbların varlılar kimi davranmasıdır. Xüsusilə dəfn məsələlərində, el adətlərində kasıbların varlılarla rəqabətə girməsi düzgün deyil”.

Aysel Aslan