Ən yaşamalı şəhər...

Birinci yerdə 1,7 milyon nəfərin yaşadığı Vyana gəlir
Dünyanın ən yaşamalı şəhəri Avstriyanın paytaxtı Vyanadır.
"Mercer” firmasının internet saytında nəşr olunan "2015 Qlobal Yaşayış və Həyat Keyfiyyəti” hesabatında dünyanın 230 şəhəri siyasi sabitlik, səhiyyə sistemi, təhsil, cinayət nisbətləri, təhlükəsizlik və nəqliyyat meyarları baxımından qiymətləndirilib. Açıqlanan siyahıda birinci yerdə 1,7 milyon nəfərin yaşadığı Vyana gəlir. Ətraflı nəqliyyat şəbəkəsi səbəbiylə həyat şərtlərinin daha rahat olduğu Vyana zəngin kafe mədəniyyəti, sarayları, mədəniyyət və sənət həyatı ilə turistlərin ən çox diqqətini çəkən paytaxt şəhəri olaraq göstərilir.
Siyahıda Vyananı ardıcıllıqla İsveçrənin Sürix, Almaniyanın Münhen, Dusseldorf və Frankfurt şəhərləri ilə Kanadanın Vankuver şəhərləri izləyir. Avropadan yeddi şəhərin olduğu siyahıda Yeni Zelandiya, Avstraliya və Kanadadan şəhərlər var. Məzhəb qarşıdurmaları səbəbiylə daxili qarışıqlığın yaşandığı İraqın paytaxtı Bağdad siyahıda son pillədə yer alıb. "Mercer”in hesabatında, "yüksələn şəhərlər” arasında isə Cənubi Koreyadan Xenon, Cənubi Afrikadan Durban, Tayvandan Taiçung, Polşadan Varşava, Braziliyadan Manaus, Hindistandan Hyderabad, Çindən Çongqing və Şian ilə Peruda Pune göstərilib.