Ər, 5-ci mərtəbədən düşən arvadını saxlamağa gücü catmadı
10:31 16.02.2015
Arxiv
777
Bu gün saat 11 radələrində Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada bədbəxt hadisə baş verib. Lent.az-ın "Yeni Müsavat" qəzetinə istinadən məlumatın görə, doqquzmərtəbəli binanın beşinci mərtəbəsində bir gənc qadın eyvanda paltar asarkən yıxılıb. O, son anda eyvandan yapışa bilsə də gücü kifayət etməyib və 5-ci mərtəbədən yerə yıxılıb. Hadisə şahidi deyir: "Ərinin əlindən yapışıb qışqırırdı. Artıq aşağıda adamlar da yığışmışdı. Görünür, onlar bir neçə dəqiqə idi ki, bu vəziyyətdə idilər. Qəfildən qadın əlini buraxdı və gözlərimizin önündəcə yerə çırpıldı".
Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib. Onun köməyinə əri gəlib. O, biri müddət qadını saxlaya bilsə də, sonda gücü tükənib və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb. Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib. Aşağıda dayanmış adamlar onu təcili olaraq xəstəxanaya çatdırıblar.
Şahidlər deyirlər: "Biz qadının səsinə gəldik. Gördük ki, balkondan sallanıb və kömək istəyir. Onun həyat yoldaşı isə əllərindən tutub, yuxarı çəkmək istəyir. Amma gücü çatmırdı. Üstəlik həyəcanlı olması da hiss edilirdi. Biz kömək etmək istəyirdik, amma bu, qeyri-mümkün idi. Çünki mənzilin qapısı bağlı idi. Nə xanımın əri qadının əllərini buraxıb, qapını aça bilərdi, nə də biz 5-ci mərtəbəyə başqa yolla qalxa bilərdik.
Aşağıda dayanaraq, qadını tutmağa çalışdıq. Amma alınmadı. Qadın yerə düşən zaman birinci mərtəbədəki mənzilin balkonundakı üst örtüyə çırpıldı. Ona görə də tuta bilmədik. Amma bəxti gətirdi ki, yer beton deyildi. Sadəcə palçıq idi. Qadın yerə düşən kimi onu dərhal hospitala apardıq. Ölməmişdi, sağ idi. Başı arxadan qanamışdı. O da yerə düşəndə 1-ci balkondakı örtüyə çırpıldığına görə idi.
Mənim üstüm gördüyünüz kimi qan içindədir. Vətəndaşlıq borcumu yerinə yetirib, qadına köməklik etdim. Apardıq hospitala. Qadının sol qolu qırılmışdı. Ağrıdan huşunu da itirdi. Beli üstə düşdüyü üçün nisbətən az xəsarət alıb. Amma indi vəziyyəti necədir, onu bilmirəm”.
Məsələ ilə bağlı "Modern” hospitalı ilə əlaqə saxladıq. Hospitaldan verilən məlumata görə, qadının vəziyyəti çox ağırdır: "Xəstə Lalə Bayramovanı bizə ağır vəziyyətdə gətiriblər. Hazırda onun vəziyyəti çox pisdir. Bədənin müxtəlif hissələrində, körpücük və onurğa sümüyündə sınıqlar var”.
Ətrafda olanlardan biri qadının eyvandan sallanma və aşağı düşmə epizodunu mobil telefonla lentə alıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm