Ər qisas aldı: Bu timsah onun arvadını bətnində uşaqla birlikdə yemişdi

Uqandanın Kyoqa gölündə 4 ay əvvəl Demeteriya Nabire adlı bir qadın paltar yuyarkən nəhəng bir timsah tərəfindən yeyilmişdi. Nabire o zaman həm də hamilə idi. BBC-in xəbərinə görə o timsah 4 ay sonra geri döndüyündə qarşısında Nabirenin əri Mübarək Batambuzeni gördü.
Mübarək digər kəndlilərin də köməyiylə nəhəng timsahla daş və çubuqların köməkliyi ilə döyüşə girdi, ancaq timsah çox güclü idi. 50 yaşlı balıqçı qaçaraq dəmirçiyə getdi və ondan "Doğulmamış körpəsinin və arvadının qatili” timsahdan qisası almaq üçün bir mizraq istədi. Dülgər 5 dollar qarşılığında mizrağı verdi.
Batambuze mizraqla birlikdə qaçaraq timsahın yanına gəldi. Timsaha hücum etdi. İlk sınağında müvəffəqiyyətsiz oldu, timsah cavab vermək istədi. Bir dəfə daha sınadı və mizrağı timsaha batırdı. Digər kəndlilər də timsaha daş ataraq balıqçıya dəstək oldu. Mübarizə 1,5 saat davam etdi. Balıqçı, timsahın öldüyündən əmin olana qədər başından ayrılmadı. 50 yaşındakı balıqçı Batambuze onu timsaha qarşı tək başına döyüşməyə itələyən səbəbi izah edərkən gözyaşlarını saxlaya bilmədi: "Arvadmı və uşağımı yedi, geriyə heç bir şey buraxmadı. O gün mənim dünyamın yıxıldığı gün idi. Tamamilə itmişdim”. Hadisədən sonra yarılan timsahın mədəsindən ayaq sümüyü tapıldı. Timsahın uzunluğu 4 metrdən çox, çəkisi isə 600 kiloqramdır.