Ərdoğan çaşdı: Qaçaraq səhnəyə çıxan gənc bir anda prezidentin boynuna sarıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, gənc bir pərəstişkarının bir anda səhnəyə atılıb, ona sarılmasından çaşıb, qaldı.
Prezident Rəcəb Tayyib Ərdoğan Qadın və Demokratiya Dərnəyi (KADEM) tərəfindən təşkil edilən Qadın və Ədalət zirvəsinin açılış proqramına qatılıb. O, proqramda nitqinin ardından şəkil çəkdirmək üçün gözlədiyi zaman bir gəncin sevgi nümayişiylə qarşılaşdı. Qaçaraq səhnəyə çıxan gənc bir anda prezidentin boynuna sarıldı. İlk anda çaşıb, qalan Ərdoğan daha sonra gəncə sarıldı, ancaq mühafizəsinə da əliylə reaksiya verdi. Dövlət başçısına sarılan gənc, uzun müddət Ərdoğandan ayrılmaq istəmədi.