Ərdoğan onu səhnəyə çağırmışdı

14 yaşlı Emirhan o anları anlatdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kocaeli mitinqində səhnəyə çağırdığı 14 yaşlı Emirhan Soydan, "Orada huşumu itirəcək kimi oldum, əllərim titrədi" deyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Soydan, AKP-nin təşkil etdiyi mitinqdən sonra jurnalistlərə verdiyi açıqlamada mitinq sahəsində partiya üzvlərinin onu yuxarı qaldırdığını ifadə edərək, "Tayyib Baba" deyərək qışqırdığını və bu zaman Ərdoğanın onu görüb yanına çağırdığını söyləyib.
Mühafizəçilərin onu səhnəyə apardığını bildirən Soydan, "Orada huşumu itirəcək kimi oldum, əllərim titrədi, birbaşa sarıldım. Onu çox sevirəm. O an heç onun yanından getmək, ondan ayrılmaq istəmədim. Səhnəyə çıxıb bir an dayandım, "Gerçəkmi, yuxudayammı?” dedim. Sonra getdim, qaça - qaça prezidentə sarıldım. Allah bir də görüşmək nəsib etsin." deyə danışıb.
Turan