Ərdoğan: “Suriyada əməliyyat üçün kiminsə icazəsinə ehtiyacımız yoxdur”

Türkiyə lideri söz verib ki, Ankara terrorçularla qətiyyətli mübarizəni davam etdirəcək



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın aylarda Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılacağına söz verib. Bu barədə Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir.

"Biz gözləyirik ki, təhlükəsizlik zonası yaxın aylarda yaradılacaq. Biz bu və ya digər formada təhlükəsizlik zonasını yaradacağıq. Biz öz tərəfdaşlarımızdan bu məsələdə məntiqi dəstək gözləyirik" - deyə Ərdoğan Ərzurumda çıxışı zamanı bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin Suriya ərazisində əməliyyat keçirmək üçün heç kimin icazəsi lazım deyil. Onun sözlərinə görə, bu barədə Ankaranın 1998-ci ildə Adanada Suriya ilə bağlı müqavilə əsasında hüququ var.

Türkiyə lideri söz verib ki, Ankara terrorçularla qətiyyətli mübarizəni davam etdirəcək.