"Vladimir Putin və Həsən Ruhani İdlib məsələsində Rəcəb Tayyib Ərdoğanı sıxışdırırlar"
Ərdoğan tələsməlidir
07:15 16.02.2019
Arxiv
580
Zaman keçir və Türkiyə İdlibi nəzarətə götürə bilmir
"Vladimir Putin və Həsən Ruhani İdlib məsələsində Rəcəb Tayyib Ərdoğanı sıxışdırırlar"
"Vladimir Putin və Həsən Ruhani İdlib məsələsində Rəcəb Tayyib Ərdoğanı sıxışdırırlar"
Ötən gün Soçidə Rusiya Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran rəhbəri Həsən Ruhani və Rusiya lideri Vladimir Putin arasında növbəti üçtərəfli sammit keçirilib. Sammitin əsas mövzusu Yaxın Şərq olub. Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, ən qısa vaxtda Suriya üzrə Konstitusiya komitəsinin öz işinə başlaması olduqca önəmlidir:
"Bizim ölkədən olan diplomatlar Suriya tərəfi və BMT-ilə birgə Konstitusiya Komitəsinin heyətinin formalaşdırılması üçün çox ciddi iş görüb. Komitənin ən qısa zamanda öz işinə başlaması olduqca önəmlidir. Putin həmçinin bildirib ki, milyona yaxın suriyalı qaçqının köməyə ehtiyacı var və ümid edilir ki, BMT və digər təşkilatlar onlara kömək göstərəcəklər: "Hazırda bütün Suriya ərazisində atəşkəs rejiminə əməl olunur və zorakılıq səviyyəsi azalır”. Rusiya lideri onu xatırladıb ki, Astana və Soçidə artıq Rusiya, İran və Türkiyə nümayəndə heyətləri, Suriyadan olan tərəflər, beynəlxalq müşahidəçilər və BMT nümayəndələri arasında 11 görüş baş tutub:
"Bu görüşlər Suriya Ərəb Respublikasında vəziyyətin normallaşdırılması işində inkişafa nail olunmasına yardım edib”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında bəyan edib ki, Türkiyə, İran və Suriya həyata keçirilən təxribatlara baxmayaraq Suriya üzrə Astana prosesinə sadiqdirlər: "Biz Suriyada siyasi prosesin davam etidirilməsi və orada atəşkəsin təmin olunması üçün böyük addım atmışıq. Dialoq vasitəsilə biz bir çox baryerlər aşmışıq". Onun sözlərinə görə, Türkiyə Suriyadan qaçqınların qəbulu üçün təxminən 35 milyard dollar xərcləyib: "Suriyanın qonşuları kimi biz bu ölkədə sülh üçün əlimizdən gələni etməyə hazırıq. Suriya xalqı bizdən siyasi nizamlanmanın əldə olunmasına dair xoş xəbəri gözləyir".
İran prezidenti isə öz çıxışında qeyd edib ki, Birləşmiş Ştatlar İraq və Suriyada terrorçuları dəstəkləməyə davam edir:
"Amerikalıların İŞİD terrorçularına kömək etməsi və onların Suriyaya gəlməsi, həmçinin Əfqanıstana göndərilməsinə yardım etməsinə dair etibarlı hesabatlar var”. O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar qoşunlarının Suriya ərazisində Suriya Ərəb Respublikasının icazəsi olmadan mövcudluğu bu ölkənin suverenliyini kobud şəkildə pozur. Ruhaninin sözlərinə görə, İran, Rusiya və Türkiyənin ümumi hədəfi Suriyada terrorizmlə mübarizə və gərginliyin azaldılmasıdır.
Soçi görüşünü "Şərq”ə dəyərləndirən politoloq Elxan Şahinoğlu Rusiya, İran və Türkiyə prezidentlərinin Soçidəki görüşünün mətbuat üçün açıq hissəsində verdikləri açıqlamadan gəldiyi qənaəti açıqlayıb:
"Vladimir Putin və Həsən Ruhani İdlib məsələsində Rəcəb Tayyib Ərdoğanı sıxışdırırlar. Putin və Ruhani Ərdoğana sanki bunu demək istəyir: - "Sentyabrda bizə vəd etdin ki, oktyabrın ortalarına qədər İdlibdə terrorçuları silahlı müxalifətdən ayıracaqsan, ancaq tərsi oldu və bu gün İdlibin tamamı terrorçuların əlinə keçib”.
Ərdoğan sentyabr ayında Tehrandakı üçlü görüşdəkindən fərqli olaraq Soçidə mətbuat üçün açıq hissədə İdlibdən danışmadı, halbuki, Tehranda bu mövzuda Putinlə dirəşmişdi. Zaman keçir və Ərdoğan İdlibi nəzarətə götürə bilmir. Obyektiv çətinlikdir. İdlib Suriyadakı terrorçuların son qalasıdır, gedəcək yerləri qalmayıb və onlar təslim olmaq istəmirlər. Buna baxmayaraq, Putinin Ərdoğanın mövqeyini nəzərə almadan "İdlibə hücum” əmrini verəcəyini zənn etmirəm. Ancaq bütün hallarda Ərdoğan tələsməli və İdlibə əncam çəkməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm