Ərdoğan və Putin Soçidə nəyi müzakirə edəcək ? - Açıqlandı
09:56 09.02.2018
Arxiv
1024
"Afrin və İdlib bölgələri Rusiya və Türkiyə üçün önəmlidir”.
Bu barədə "Sherg.az”a Suriya məsələsi üzrə İstanbulda keçiriləcək növbəti Soçi sammiti barədə danışarkən politoloq İlqar Vəlizadə bildirib.
O qeyd edib ki, Suriya müxalifətinin də həmin ərazilərdə maraqları çoxdur:
"Əslində Afrin azad olunandan sonra nəzarət Azad Suriya Ordusuna veriləcək. Ona görə, bu ərazi Suriya vahid müxalifəti üçün vacib ərazidir. Bu ərazidə fəaliyyət göstərən qrupların böyük hissəsi Türkiyənin Suriyadakı müttəfiqləridir.
Rəsmi Ankara bu müttəfiqlərin mövqeyini saxlamağa çalışır. Amma Suriya hökuməti buna qarşı çıxış edir. Suriya hökumətini də Rusiya dəstəkləyir. Ona görə, Türkiyə-Rusiya ziddiyyətlərini aradan qaldırmaq üçün belə görüşlər vacibdir.
Türkiyə gələcəkdə kürdlərin nəzarət etdiyi rayonları da ələ keçirməyə çalışacaq. Burada Amerika qoşunları yerləşdirilib. Türkiyə hərəkət etsə, mütləq ona dəstək lazım olacaq. Bu dəstəyi isə yalnız Rusiya və İran verə bilər.
Son vaxtlar Rusiya hava qüvvələri İdlibdə əməliyyat keçirib, bəzi bölgələri bombardman ediblər. Xüsusilə, mülki əhali arasında itkilər var. Bu məsələnin də Soçi görüşündə müzakirə olunacağını düşünürəm”.
Qeyd edək ki, liderlər arasında Suriyanın Afrin və İdlib bölgələrindəki vəziyyətlə bağlı telefon danışığı baş tutub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya