Ərdoğan: "Yerli pulla ixrac mövzusunda razılaşdığımız ölkələr var"





Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dollar və avronun kursu ilə bağlı mətbuat mənsublarının suallarına "Bizimki medcezir hərəkəti kimi oldu. Bir danışırsan enir, sonra bir nitq söyləyirsən qalxır. Bu həftə içində təkrar bir qiymətləndirmə edəcəyik. Burada təlaşlı bir vəziyyət söz mövzusu deyil. Mən yenə millətimə çağırış edirəm. Kimsə yastığının altına bu valyutanı yığmasın. Bunları TL- yə çevirsin" deyə cavab verib.
Ərdoğan, "Maliyyə Nazirliyinin başlatdığı bir kampaniya vardı. Bu kampaniyada da maşallah, yaxşı nəticə alındı. Daha irəli gedirəm. Yerli pulla idxal və ixrac mövzusunda razılaşdığımız ölkələr var. O başladığı zaman yerli pula təzyiq daha da azalacaq " deyib.