Ərini dəfn edib, evə gəldi: Tapdığı məktubu oxuyunca...

Türkiyənin Tekirdağ bölgəsinin Çorlu mahalında xərçəng xəstəliyindən həyatını itirən 2 uşaq atası Semih Aktolunun həyat yoldaşı və uşaqlarına yazdığı məktublar ölümündən sonra ortaya çıxıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Dilək Aktolun tapıb gözyaşları içində oxuduğu məktubda "Sevgilim, Allaha əmanət olun. Yas tutub qara bağlamayın. Həyat davam edir, amma çox qısadır. Qiymətini bilin. Axirəti unutmayın. Səni çox sevdim. Üzdüyüm zamanlar üçün haqqını halal et. Həmişə xoşbəxt olmanızı istədim. Mənə çox yaxşı baxdın. Allah, səndən min dəfə razı olsun. Bu qürbət eldə vətənim, dostum, yoldaşım oldun. Səni, sizi tək buraxacağım üçün üzr istəyrəm. Allahım nə desə razıyam.  Haram yemədim, yedirtmədim. Sizləri çox sevdim. Hər ayrılıq erkəndir. Çətin olan getməkmi, qalmaqmı" ifadələrinə yer verilib. 
Aktolun kiçik qızı Əlif Suya yazdığı məktubda isə, "Əlifim, sən bizim üsyankar, amma çox ağıllı qızımızsan. Çox sevimlisən. Sənə nağıl deməyim, sənin də nağıl dinləməyin, dinləyərkən yuxulamağını çox sevirəm. Mən bu səhər bir az erkən qalxdım. Namaz qıldım, Quran oxudum. Ananın da yanında oturdum. O yatırdı. Ananızı çox sevirəm. O, çox mərhəmətli, vəfalı və ağıllı bir qadındı. Gözəl olduğunu söyləmirəm. Çünki görürsünüz. Tətildə sizinlə İstanbulda akvariuma getdik. Çox əyləndiniz. Sizə verdiyimiz sözləri tutmağa çalışırıq. Siz də yaxşı insan olun, birlik olun, inanclı və dürüst olun. Səndən də doya bilmirəm qızım" deyə yazıb.
 Həyat yoldaşının yazdığı məktubları oxuyan Dilək Aktolun, 2,5 il davam edən müalicəsi müddətində ərinin çox ağrılar çəkdiyini ifadə edərək, bunları söyləyir:
"Həyat yoldaşımı itirdiyim ilk gün bir az rahatlandım. Çünki son zamanlar çox dəhşətli ağrıları vardı. O gün onun o ağrılardan xilas olduğunu bildiyim üçün rahatlandım və bütün gün cənazədə o qədər insanı bizimlə birlikdə gördüyüm zaman çox xoşbəxt oldum. "Görəsən Semih indi burada olsa mənə nə söyləyərdi? İnsanlara nə söyləyərdi deyə düşündüm.” Torpağa verdikdən sonra evə gəldik. Xəstəliyi müddətində qızlarına iki ədəd dəftər aldırmışdı. Özünü yaxşı hiss etdiyi zamanlarda Nilüfer Duruya və Elif Suya ayrı-ayrı yazılar yazırdı. Bu dəftərləri götürüb oxumaq istədim. Sonra bu dəftərlərdən birinin orta səhifəsində mənə bir məktub yazmışdı. Digər məktubların hamısında tarix və saatı yazılmışdı, amma bunda tarix və saat yox idi. Anladım ki, əslində bu məktub bu gün üçün mənə xüsusi yazılmışdı və Allah evə gəlincə onu tapmamı nəsib etdi. Oxudum. Çox duyğulandım, qürurlandım. Semih həmişə ondan sonra uşaqları üçün dik dayanmamı istəyərdi. Bu məktubla o gücü yenidən özümdə tapdım."