"Ermənistan destruktiv mövqeyi ilə özünün regional təcridini dərinləşdirir" - Politoloq
14:44 01.11.2018
Arxiv
648
"ABŞ-da "dərin dövlət” var. Ölkənin rəhbərləri adətən "dərin dövlətin” qərarlarını icra edirlər”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
ABŞ-Azərbaycan münasibətlərini və Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaza səfərini dəyərləndirən politoloq bildirib ki, Amerika əvvəllər Dağlıq Qarabağa yardım edirdi. Amma Donald Tramp hakimiyyətə gələndən sonra pul yardımlarını xeyli azaltdı. O cümlədən Ermənistana olan yardımın da miqdarı aşağı düşdü. Bu, indiki Ermənistana münasibətlə yanaşı, həm də biznesmen Trampın layihələrlə bağlıdır:
"ABŞ-Azərbaycan münasibətləri hər iki tərəfi qane edir. Hər iki ölkənin qarşılıqlı maraqları var. Bu müstəvidə Amerika ilə problemimiz yoxdur. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində yetərli dəstəyi ala bilmirik. Məsələ ondadır ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində çox mühüm rol oynaya bilər. Yuqoslaviyada bunu etdi və Kosovanı kiçik bir dövlətə çevirdi. Qarabağ problemini də çözmək iqtidarındadır. Rusiya da buna etiraz edə bilməz, çünki Moskva BMT-nin qətnamələrinə izma atıb”.
C.Nuriyev bəyan edib ki, məşhur amerikalı Zbiqnev Bjezinskinin "Strateji Baxış” kitabında Azərbaycan üçün xüsusi yer ayrılıb. Həmçinin, orada göstərilib ki, ABŞ-ın əsas məqsədi Rusiyanı parçalamaq və Sibiri ələ keçirməkdir:
"O baxımdan Cənubi Qafqaz da ABŞ üçün önəmlidir. Amerika regiondan yardımçı status kimi istifadə etmək istəyir. Şübhəsiz ki, burada ABŞ-ın öz maraqları var. Ağ Ev Boltonu Rusiyaya göndərməklə mesaj vermək istəyib ki, "biz istəsək, Moskva ilə yaxınlaşa bilərik”. Gürcüstandakı prezident seçkisində müxalif namizədin ikinci tura qalması və Saakaşvilinin fəallığı da Amerikanın bölgəyə nüfuz etməsi ilə bağlıdır. O cümlədən Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan da SOROS-un əli ilə baş nazir olub. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, düşünülmüş balanslı siyasəti ilə ön plana çıxır. Ermənistan isə əksinə öz destruktiv mövqeyi ilə özünün regional təcridini dərinləşdirir. Amma Rəsmi Bakı həm ABŞ, həm də Rusiya ilə eyni məsafədə durur. Bu məsafə Azərbaycanın təhlükəsizliyinin sərhəddidir. Azərbaycan özü müəyyən etdiyi sərhədi heç bir dövlətin aşmasına imkan vermir”.
Analitikə görə, ABŞ İranı sıxışdırmaq üçün Azərbaycandan istifadə etməyə çalışır:
"Regionda Ermənistan Amerika üçün önəmli deyil, çünki bu ölkənin nəyəsə təsir etmə gücü yoxdur. Boltonun Bakıdakı görüşündə 907-ci düzəlişin gündəmə gəlməsi də təsadüfi deyil. Əslində bu maddə ABŞ-Azərbaycan münasibətlərinə, ölkəmizin xarici siyasətinə heç bir maneə törətmir. Həmçinin, bugün Azərbaycan Amerika silahlarından daha güclü texnikaya malik İsraillə alış-veriş edir. İndiki halda ABŞ silahlarına ehtiyacımız yoxdur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm