“Ermənistan diplomatik müstəvidə Azərbaycana uduzmaqdadır”
14:41 07.03.2019
Arxiv
773
"Cənubi Qafqazda yaranan geosiyasi şərtlər bölgədəki münaqişələrin həllini labüd edir”.
Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Avropa və ABŞ bu istiqamətdə Rusiya ilə rəqabət aparır. Regionda əsas münaqişə ocağı Dağlıq Qarabağ problemidir:
"Qarabağ konfliktinin həlli istiqamətində hazırkı Minsk formatı status-kvonun qorunub saxlanmasına xidmət edir. Minsk qrupu çərçivəsində aparılan danışıqlar bu illər ərzində nəticə vermədiyinə görə, həmçinin geosiyasi şərtlər dəyişildiyindən yeni formatın yaranmasına ehtiyac var.
Minsk qrupu 25 ildə özünü doğrultmayıb. Ona görə də belə bir format çərçivəsində danışıqlar imitasiya xarakteridir. Regiona ATƏT-in fəaliyyətdə olan sədri Layçakın səfəri də prinsip etibarı ilə konfliktin həlli baxımından heç bir müsbət vəd etmir. Ermənistanın mövqeyinə gəldikdə isə, baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarında formata dəyişikliklər "təklif” edib. O, separtçıları da danışıqlarda "tərəf” kimi iştirakını irəli sürüb.
Paşinyanın bu təklifinə qarşı Prezident İlham Əliyev ATƏT-in sədri Miroslav Layçakla görüşündə ciddi narazılığını bildirib. Bu açıqlama dövlət başçısının İrəvana rəsmi mesajdır”.
Ekspert vuğulayıb ki, Paşinyan Brüsseldə keçirtdiyi görüşlərdə bu təklifinə dəstək ala bilməyib:
"Demək olar ki, Qarabağ məsələsində Avropadan əliboş və məyus qayıdıb. Ümumiyyətlə, Ermənistan diplomatik müstəvidə Azərbaycana uduzmaqdadır. İrəvanın Avropada Qarabağ siyasəti fiaskoya uğrayıb. Avropa İttifaqı Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi sənədlərdə yalnız ərazi bütövlüyünü önə çəkir.
Əvvəlki illərdən fərqli olaraq, xalqların müqəddaratı prinsipini qətnamələrində qeyd etmir. Avropa rəsmləri Ermənistanı realist addım atmağa səsləyir. Paşinyanla görüşdə bunu konkret olaraq bəyan edirlər. İndiki məqamda danışıqların formatı yalnız bu cür dəyişə bilər - Minsk qrupunun fəaliyyəti dayandırılır, danışıqlar birbaşa İrəvan-Bakı arasında keçirilir. Həmçinin, Qarabağın Azərbaycan və erməni icmasının da danışıqlarda iştirakı təşkil edilir. Ancaq üçüncü dövlətlər prosesə qarışmır. Bu ən uyğun format ola bilər”.
Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın Minsk formatı çərçivəsində separtçıları danışıqlara cəlb etməsi absurddur:
"Bu, müharibəni tətikləyən addımdır. Görünür, Paşinyan danışıqların dayanmasını istəyir. Azərbaycan müharibəyə başlayaraq, üstünlüyü ələ almalıdır ki, Ermənistan güzəştə getsin. Çünki, Paşinyan Qarabağ məsələsində dalana dirənib. Əgər öz şərtlərində qalmaqda davam edərsə, müharibə qaçılmaz ola bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual