Ermənistan hər zaman Azərbaycandan geridədir: “Paşinyanın yeganə çıxış yolu var ki, o da...” - ŞƏRH
11:50 23.03.2019
Arxiv
515
Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan iri investisiya layihəsinə veto qoyub. Belə ki, Rusiyada yaşayan erməni sahibkar Artur Yerznkyan Ermənistanda telekommunikasiya və rabitə sahəsinə 200 milyon dollar investisiya yatırmağı planlaşdırıb. Sahibkarın məqsədi yeni mobil rabitə operatoru yaratmaq olub.
O, mobil rabitəni abonentlər üçün ucuz, sərhəd rayonlarının sakinləri üçün isə, demək olar, havayı etməyə hazır olduğunu deyib.
Erməni KİV-in məlumatına əsasən, lakin A.Arşakyan layihənin reallaşdırılmasına icazə verməyib. Nazir bildirib ki, həmin layihə mövcud 3 operatora mane olacaq və guya sahibkar özü də xeyir götürməyəcək.
Yerli mətbuat isə vəziyyəti belə izah edir: "Elə buna görə də Ermənistan investisiyaların həcminə görə regionda sonuncudur və Azərbaycanla Gürcüstanda xeyli geri qalır".
Politoloq Qabil Hüseynli hesab edir ki, erməni mətbuatının yazdıqları həqiqətəuyğundur. Keçmiş dövlət müşaviri "Sherg.az”a açıqlamasında qeyd edib ki, Ermənistanın hazırkı hakimiyyəti əvvəlki xunta rejimi olan Serj Sarkisyanın yolu ilə gedir:
"Baş nazir Paşinyan də Sarkisyanın siyasətini davam etdirir. Erməni KİV-lərinin də yazdığı kimi, azad sahibkarlıq boğulur, insanlara istehsalatda problemlər, bürokratik əngəllər yaradılır. Bu da Ermənistanda korrupsiyanın davam etdiyinin göstəricisidir. Korrupsiya Sarkisyan dönəmində də var idi, indiki Paşinyan hakimiyyəti də bu siyasəti davam etdirir”.
Politoloq vurğulayıb ki, Ermənistanın hər zaman hər sahədə Azərbaycandan geri qalır:
"Birincisi Azərbaycanın güclü ordusu var ki, Ermənistanı bir neçə günə yerlə-yeksan edər. Azərbaycan bu gün özü müasir silah istehsalçısıdır. Bu baxımdan Ermənistanı Azərbaycanla müqayisə etmək gülüncdür. İkincisi Azərbaycanda azad sahibkarlıq var ki, bu da davamlı iş yerləri deməkdir, əhalinin sosial rifahı deməkdir, büdcəyə vergi deməkdir. Ermənistanın nəyi var?”.
Düşmən ölkədə sosial vəziyyətin hər gün bir az da ağırlaşacağını proqnozlaşdıran Q.Hüseynli bildirib ki, Paşinyanın yeganə yolu işğal etdikləri Azərbaycan ərazilərini azad etməkdir:
"Paşinyan insanlarının yaxşı yaşamasını, Ermənistanın həqiqətən də inkişafında maraqlıdırsa, o zaman işğalda saxladıqları Dağlıq Qarabağ və ətraf rayonları qaytarmalıdır. Bundan sonra Azərbaycanla da, Türkiyə ilə də sərhədlər açılacaq, Ermənistan beynəlxalq layihələrdə iştirak edəcək. Əks təqdirdə, sosial problemlər Paşinyan hakimiyyətini də, Ermənistanı da çökdürəcək”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm