"Ermənistan İsraili Türkiyəyə qarşı provokasiyalarına cəlb etmək istəyir" - Alınmayacaq !





"İsrail cəmiyyəti siyasi cəhətdən təcrübəli və yetkin cəmiyyətdir. Bu dövlət heç bir halda özünün siyasi provokasiyalara cəlb edilməsinə imkan verməyəcək”.

Bunu "Sherg.az”a İsrail parlamentinin qondarma erməni soyqırımını tanımaqdan imtina etməsinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib. 

O söyləyib ki, İsraildə "erməni soyqırımı”nın heç vaxt baş vermədiyini bilirlər:

"Ermənilərin Türkiyəyə qarşı istifadə etdiyi soyqırım provokasiyası İsraildə keçmir. Bu o demək deyil ki, erməni dairələr fikrindən dönüb, niyyətlərindən əl çəkəcəklər. Düşünürlər ki, İsrail və Türkiyə arasında mövcud olan problemlərdən yararlanıb, İsraili provokasiyalarına cəlb edəcəklər. 

Amma bu, mümkün deyil. Gələcəkdə də olmayacaq. Ermənilər həmişə beynəlxalq aləmdə siyasi məhdudiyyətə uğrayacaqlar. Dünya erməni yalanına inanmır, Ermənistana dəstək vermək istəmir. İsrailin qondarma erməni soyqırımını tanımaması göstərdi ki, dünya mövcud proseslərə real baxır”.

Qeyd edək ki, knesset ilkin səsvermə vasitəsi ilə İsrail tərəfindən "Yeş Atid” partiyasının sədri Yair Lapidin təklif etdiyi ”erməni soyqırımının tanınması barədə qanun layihəsini rədd edib.

Aysel Aslan