“Ermənistan İsraillə Azərbaycanın əməkdaşlığından narahatdır” - Deputat
14:18 07.03.2019
Arxiv
685
"Erməni rəsmiləri İsraillə Azərbaycanın əməkdaşlığından narahat olduqlarını müxtəlif səviyyələrdə dilə gətirirlər”
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bunun da özünəməxsus səbəbləri var. İsrail qısa müddət ərzində olduqca güclü və modern hərbi sənaye qura bilib və dünya silah bazarında söz sahiblərindən birinə çevrilib:
"Azərbaycanla İsrail arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri isə imkan verir ki, bu iki ölkə qarşılıqlı şəkildə, iqtisadi, hərbi enerji və s. kimi strateji sahələrdə öz təhlükəsizliklərini təmin etmək üçün bir-birinin imkanlarından faydalansın. Bununla yanaşı İsrail modern dövlətçilik təsissatlarına sahib olan ölkə olduğu üçün onun institusional strukturu hər hansı işğalçı ölkə ilə əməkdaşlığı məhdudlaşdırır. Ermənistan isə işğalçı ölkədir və Azərbaycanın torpaqlarının iyirmi faizini işğal edib, Azərbaycan xalqına qarşı Xocalı soyqırımi törədib. İsrail xalqı öz tarixi keçmişində soyqırımı yaşadığı üçün onun nə olduğunu yaxşı bilir”.
Deputat bəyan edib ki, əgər Ermənistan İsraillə tərəfdaşlıq etmək istəyirsə, ilk növbədə öz işğalçılıq siyasətinə son qoymalıdır:
"Əks təqdirdə Azərbaycanın dostları və strateji müttəfiqlərinin səyi nəticəsində Ermənistan beynəlxalq münasibətlər sistemində getdikcə daha çox təcrid vəziyyətinə düşəcək. Heç bütün ölkələr bəzi güc mərkəzləri kimi Ermənistana ya ödənişsiz, ya da kreditlə silah vermək fikrində deyil. Yaxşı olar ki, Ermənistan Azərbaycanla İsrailin əməkdaşlığını qısqanmaqdansa, işğalçı ordusunu Azərbaycan ərazilərindən çəksin və regional inteqasiya üçün şərtlər formalaşsın. Bu, bütün region ölkələrinin lehinə olar. Əks təqdirdə yeganə alternativ müharibə olar ki, bunu da aparmağa Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var”.
Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan "The Jerusalem Post”a müsahibəsində deyib ki, "Ermənistan istəyir ki, İsrail Azərbaycana silah tədarük etməsin”. Ovannisyanın sözlərinə görə, İrəvan İsrailin ABŞ və bir çox Avropa ölkələri kimi nə Ermənistana, nə də Azərbaycana silah satmasını istəyir: "Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur. Azərbaycana silah tədarükü isə silahlanma yarışını təşviq edir. Ermənistanın dostları bilməlidirlər ki, Azərbaycana silah satışı adi işgüzar razılaşma çərçivəsindən kənara çıxır və ağır nəticələri olur.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual