Ermənistan ordusunda general istefa verdi




Ermənistan ordusunun Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Enriko Apriamov istefa verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, sağlamlığında yaranmış problemə görə postundan gedir.

Məlumata görə, 63 yaşlı general ötən ilin dekabrında keçirdiyi yol qəzasından sonra sağlamlığını tam bərpa edə bilməyib.