Ermənistan protokolları geri çağırmaqla nə demək istəyir?
20:26 18.02.2015
Arxiv
703
“Birinci səbəb, düşmən ölkədə yaranan iqtisadi və siyasi böhran, eyni zamanda iqtidar-müxalifət qarşıdurmasıdır”
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə bağlı növbəti sərsəm və destruktiv qərarını verib. O, ölkə parlamentindən Ermənistan-Türkiyə arasında diplomatik əlaqələrin yaradılmasını özündə ehtiva edən protokolların geri çağırılmasını istəyib. Bu barədə Sarkisyan parlamentin sədri Qalust Saakyana məktubla müraciət edib. Müraciətdə separatçı rejim rəhbəri bildirib ki, Ermənistan guya imzalanan protokolların reallaşdırılması üçün mövqe ortalığa qoyub.
Türkiyə tərəfi isə lazımi siyasi iradə ortaya qoymayıb. Ermənistan rəhbəri onu da qeyd edib ki, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Türkiyə tarixi inkar edir. Məhz ona görə də ölkə parlamentinin Sürixdə imzalanmış məlum protokolları geri çağırması haqqında qərar qəbul edib. Şübhəsiz ki, Türkiyə Xarici İşlər Nazirliyi Sarkisyanın qərarını cavabsız qoymayıb. Rəsmi Ankara buna dərhal reaksiya verərək bəyan edib ki, rəsmi İrəvan növbəti yanlışa yol verib. Və bu, səmimiyyətdən uzaq yanaşmadır: "Protokollar indiyə qədər Ermənistanda parlamentdə yubadılırdı və heç bir addım atılmırdı. Bu qərar Ermənistan rəsmilərinin öz daxili dəyərləndirmələridir. Ancaq doğru hesab etmirik. Yanlış və uyğun olmayan bir addımdır”.
Ermənistanın addımını şərh edən "Trend” İnformasiya Agentliyinin analitiki, tanınmış politoloq Arzu Nağıyev "Şərq”ə açıqlamasında söyləyib ki, bunun müxtəlif səbəbləri ola bilər: "Birinci səbəb, düşmən ölkədə yaranan iqtisadi və siyasi böhran, eyni zamanda iqtidar-müxalifət qarşıdurmasıdır. İkinci səbəb, Türkiyənin Rusiya ilə müəyyən yaxınlaşmasından istifadə edərək ermənilərin bəhrələnə bilməməsidir. Erməni rəhbərləri elə düşünürdülər ki, bu yaxınlaşma nəticəsində onların da müəyyən problemləri həll edilə bilər. Ən başlıca səbəb isə əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafı, tərəflərin 24 aprel tarixinin "soyqırım” kimi deyil, Çanaqqalada zəfər bayramı kimi qeyd edilməsi haqqında qərarıdır”.
Protokolun mahiyyətindən söz açan ekspertin sözlərinə görə, onun əsas hədəfi regional normallaşma prosesinə bağlılığı idi. Yəni, tək iki ölkə arasında deyil, həm də Qafqazda da əhatəli və davamlı sülhün təmin edilməsi üçün əhəmiyyətli olması idi: "2009-cu ilin oktyabr ayının 10-da Türkiyə və Ermənistan Xarici işlər nazirləri iki ölkə arasında münasibətlərin normallaşması haqqında protokol imzaladılar. Lakin həmin protokollar ölkə parlamentlərində ratifikasiya edilmədi”. Sözügedən ölkələr arasında diplomatik əlaqələrin 1993-cü ildə kəsildiyini iddia edən politoloq hesab edir ki, buna İrəvanın qondarma erməni soyqırımının dünya tərəfindən tanınmasına çalışması və Azərbaycan ərazilərinin zəbt edilməsi səbəb olub: "Bir müddət əvvəl Ermənistan prezidentinin rəsmi saytında bu protokolların "geri çağırılması” ilə bağlı Sarkisyanın parlamentə və Türkiyə rəhbərliyinə müraciəti çap edildi. Səbəb də protokolların imzalanmasından altı il keçməsinə baxmayaraq, nəticənin olmaması kimi göstərilir”.
Türkiyənin mövqeyinə gəlincə, A.Nağıyev diqqətə çatdırıb ki, bu məsələ XİN səviyyəsində "səhv addım” kimi dəyərləndirildi: "Amma ermənilər yenə də həmişə olduğu kimi "Ərköyün uşaq” rolunu oynamaqda davam edir və qeyri-səmimilik nümayiş etdirirlər. Necə ola bilər ki, 1915-ci il hadisələri ilə bağlı Türkiyəni günahlandırmağa çalışan Ermənistan, eyni zamanda əmin-amanlıqdan dəm vura bilər. Bu, qeyri-səmimi bir addımdır. Bunlardan sonra Ankaranın beynəlxalq təşkilatlara müraciət etməsinə də bir lüzum yoxdur”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm