Ermənistan “qırmızı zona”ya yaxınlaşır: Koronavirusla bağlı vəziyyət gərgindir
Yusif Nəzərli
12:35 13.10.2021
Arxiv
806
Ermənistanda koronavirus epidemiyası ilə bağlı vəziyyət olduqca gərgindir.
Bu barədə respublikanın Milli Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin nümayəndəsi Romela Abovyan bildirib.
Onun sözlərinə görə, yoluxma 50 faiz artıb və xəstəlik sürətlə yayılmağa davam edir.
Bundan başqa uşaq və yeniyetmə yaş qruplarında xəstəlik hallarında 1,5-1,7 dəfə artım müşahidə olunur.
Mütəxəssis Ermənistanın artıq “qırmızı zona”ya yaxınlaşdığı barədə xəbərdarlıq edib.
“Yoluxma sayı 475-dir, 500 olsa Ermənistan “qırmızı zona”da olacaq”, - deyə o, vurğulayıb.
Mütəxəssis həmçinin vurğulayıb ki, koronavirus daha da cavanlaşıb: əsasən 30-50 yaş arası əhali xəstələnir, xəstəxanaya yerləşdirilməli olan uşaqlar da var.
“Xəstəxanalar həddən artıq yüklənib, çarpayı fondu tükənib, vəziyyət olduqca ciddi və həyəcanvericidir”, - deyə Romela Abovyan xəbərdarlıq edib.
Mənbə: Aysor.am
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya