Ermənistanda əsgərlər üsyan edir: Zabitlər onları bezdirib
12:13 23.03.2019
Arxiv
583
Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər üsyan təşkil ediblər. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, üsyana səbəb əsgərlərin bir zabitin davranış qaydasından narazı qalmaları olub.
Nəticədə bir neçə əsgər əvvəlcə hərbi hissəni tərk etsə də, sonradan geri qayıdıb. İnsidentin qarşısının alınmasından sonra 20 hərbçi cəzalandırılaraq əvvəlcə Qafan hərbi polisinə təhvil verilib, oradan isə xidmət üçün Dağlıq Qarabağa göndərilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məsələ ilə bağlı öz "Feysbuk” səhifəsində açıqlama yayıb. Açıqlamada Ovannisyan zabitlərin heç bir günahının olmadığını, guya bir neçə nizamsız əsgərin xüsusi şəraitdə xidmət edib, xüsusi geyim geyinmək, digərlərindən kənarda qidalanmaq istədiyini bildirib. O, bu əsgərlərin digər hərbçiləri də öz yanlarına çəkərək, onları üsyana qaldırmaq istədiklərini vurğulayıb.
Ovannisyan üsyan qaldıran əsgərlərin sayının 600 nəfər olması ilə bağlı yayılan məlumatları da təsdiqləməyib. Mətbuat katibi insidentlə bağlı bir neçə hərbçi və zabitin cəzalandırılacağını, eləcə də bəzi zabitlərin öz vəzifələrindən çıxarılacağını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm