Ermənistanda vəkillər tətil edirlər
20:12 09.02.2018
Arxiv
697
Ermənistan parlamenti "Məhkəmə məcəlləsinə” dəyişiklik edir. Bununla bağlı təklif olunan qanun layihəsi təsdiqlənərsə Yerevanda vahid məhkəmə sistemi olacaq. Yeni qanun vəkillərin hüquqlarını da məhdudlaşdıracaq. Belə ki, hakimlər istədikləri vaxt vəkili cərimə edə bilərlər.
Qanun layihəsinə qarşı çıxan hüquq müdafiəçiləri tətilə başlayıblar. Bununla bağlı keçirilən toplantıda vəkillər deyiblər: "Biz o şəxslərik ki, insanların hüquqlarını, maraqlarını müdafiə edirik. Əgər biz özümüz də haqsızlığa məruz qalacaq və buna qarşı çıxa bilməyəcəyiksə o zaman niyə fəaliyyət göstəririk?”.
Vəkillər məsələ ilə bağlı beynəlxalq hüquq təşkilatlarını məlumatlandırıblar. Hüquqşünas Ara Zohrabyan deyib ki, onsuz da bu ölkədə insanların hüquqlarını müdafiə etmək çətindir. Qanunun aliliyi çoxdan süquta uğrayıb. Vəkillərin fəaliyyətini məhdudlaşdırmaqla məhkəmə-hüquq sistemini tamamilə çökdürmək istəyirlər. "Yelk” partiyası parlamentin müzakirəyə çıxardığı "Məhkəmə məcəlləsini” növbəti dəfə boykot edib. Partiyanın sədri Nikol Paşinyan bildirib ki, bu, ölkədə yeni etiraz dalğası yaradacaq. Onsuz da vəkillər üçün son bir il gərgin keçib. Hüquqşünaslar onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara son qoyulması ilə bağlı dəfələrlə aksiya keçiriblər. Vəkillər məhkəmə iclasları zamanı qanunsuz axtarışlara məruz qalırlar. Bir qrup hüquq müdafiəçisi bu hallara etiraz olaraq aclıq aksiyası keçirsə də vəziyyət düzəlməyib. Bütün bunlar isə Ermənistanda insan hüquqlarına münasibətin dözülməz olduğunu təsdiqləyir. "Yelk” partiyasının deputatları deyiblər ki, onlar bu qanunsuzluqlara göz yummayacaqlar. Çünki hökumət tətbiq edəcəyi cərimələrlə hüquqşünasları susdurmağa çalışır. Bu isə insan haqlarına ziddir. AZƏRTAC
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm