Etiraf etdi: Onu öldürüb yeddim

32 yaşındakı adamın cəza alması gündəmdədir. Cinayət və adam yeməkdə günahlandırılan 32 yaşlı Kanadalı Luka Magnotta, cinayətini etiraf etdi.
Kanadanın Montreal şəhərində 33 yaşındakı Çinli Jun Lini öldürdüyü və daha sonra qurbanını yediyi iddiası ilə mühakimə olunan Kanadalı adam, 5 fərqli cinayət iddialarının bəzilərini qəbul etdi.
Qurbanına tətbiq etdiyi vəhşiliyin videosunu internetdə paylaşan Kanadalı adamın vəkili Luc Leclair, müvəkkilinin şizofreniyalı olduğunu və buna görə cəza verilməsinin doğru olmadığını iddia etdi.
İddia tərəfin Luka Magnottanın 2012-ci ildə işlətdiyi vəhşi cinayəti əvvəldən planladığı iddiasını qiymətləndirən məhkəmə heyəti şübhəli ilə əlaqədar qərarını hələ vermədi.
33 yaşındakı Çinli Jun Linin cəsədi cinayətin işlənməsindən 1 həftə sonra Luka Magnottanın evinin önündəki bir zibil konteynerinin içərisində tapılmışdı.