Etiraz dalğası İranın 40-a yaxın şəhərini bürüdü - 20 nəfər həlak oldu






İranda nümayişçilər Tehran hökumətinin amansız repressiyalarına qarşı dirənişlərini davam etdirirlər. Son 5 gündə 20 nəfərin həlak olmasına rəğmən etiraz dalğası səngimək bilmir.

"Sherg.az" "lemonde.fr"ə istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası xəbər yayıb.

Məlumatda qeyd olunub ki, nümayiş getdikcə daha geniş vüsət alır və artıq İranın 40 -a yaxın şəhərini etiraz dalğası ağuşuna alıb.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.

Tərcümə etdi: Ayyət ƏHMƏD