Ev verməklə iş bitmir, alimə maaş da lazımdır
20:44 19.02.2015
Arxiv
636
“Ölkənin elm və təhsil həyatını dirçəltmək üçün beynəlxalq təcrübəni dəqiq öyrənmək vacibdir”
Uzun zamandır müzakirəsi ləngiyən "Elm haqqında” qanun layihəsi fevralın 24-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Məlumata görə, 8 fəsil və 47 maddədən ibarət yeni qanun layihəsində bu sahədəki bütün boşluqların doldurulması məsələsi öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanın elm adamları öz elmi nəticələrini və məhsullarını xarici ölkələrdə sərbəst sata biləcəklər. Bundan başqa, sənəddə gənc alimlərə və elmi işçilərə mənzillə təmin olunmaları məqsədilə güzəştli kreditlər və torpaq sahələri ayrılması da nəzərdə tululur.
Dəyişiklikləri dəyərləndirən professor, ictimai-siyasi xadim Şahlar Əsgərov "Şərq”ə açıqlamasında qeyd edib ki, alimi mənzillə təmin etmək problemdən çıxış yolu deyil. Onun qənaətincə, elmin inkişafına nail olmaq üçün alimin əməkhaqqını yüksəltmək lazımdır: "Evin elm xadiminə heç bir aidiyyəti yoxdur. Alimə yüksək maaş verilməlidir. Gənc alimlərin sayını çoxaltmaq istəyirlərsə, onların hərbi xidmət məsələsinə yenidən baxılsın və elm adamlarının əməkhaqqı yüksəldilsin. Ev verməklə iş bitmir”.
"Elm adamlarının öz elmi məhsullarını xarici ölkələrdə sərbəst sata biləcəklər” iddiasına gəlincə, professor söyləyib ki, intellektual məhsulu satmaq asan iş deyil: "Bunun üçün yüksək əzmkarlıq tələb olunur”.
Filologiya elmləri namizədi Vurğun Əyyub söyləyib ki, ölkənin elm və təhsil həyatını dirçəltmək üçün beynəlxalq təcrübəni dəqiq öyrənmək lazımdır: "Hər şeydən öncə, elmin idarə edilməsindəki sistemi dəyişmək haqqında düşünülməlidir. Köhnə sistemə yamaqlar vurmaqla elmdə inkişaf olmayacaq. Hətta alimlərimizə nə qədər güzəştlər verilsə belə, elmi sahədə tərəqqi əldə etmək çətin olacaq. Elmin idarə edilməsi, elmə təşviq və s. məsələlərdə yeniliklər tətbiq olunmalıdır. Sovet sistemi ilə irəli getmək mümkün deyil”.
Sözügedən qanun layihəsinin müzakirəsində iştirak etdiyini söyləyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı diqqətə çatdırıb ki, proqramda müsbət cəhətlər çoxdur: "Bununla yanaşı, yaxşı olardı ki, qanunda əməkhaqqına dair yer alan maddələr dəqiq göstərilsin. Əlavələrə görə, yalnız elmlər namizədi və elmlər doktorları cüzi maaş artımı ilə fərqlənirlər. Yəni elmlər namizədlərinin əməkhaqqına 200, elmlər doktorunun maaşına isə 300-400 manat əlavə oluna bilər. Zənnimcə, artım qanunda öz əksini konkret olaraq tapmalıdır. Bu, gənclər üçün də stimul rolunu oynayacaq. Çünki gənclərin elmə gəlməsinə stimul yoxdur. Kasıb sahə olduğu üçün elmə gələnlərin sayı çox azalıb. Əsasən alimlərin və ya elm adamlarının maaşının artırılmasına fikir verilməlidir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm