"Əvvəl biliyi qiymətləndirirdik, indi bacarıq da önə çəkilir" - Orta məktəblərdə
16:29 16.02.2018
Arxiv
876
"Orta məktəblərdə qiymətləndirilmənin çox olması, müəllimlərin yazı-pozu işini artırır”.
Bunu "Sherg.az”a məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsindən danışarkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib.
O vurğulayıb ki, prosedurların çox olması qiymətləndirməni formalizmə aparır:
"Ona görə, bunun sadələşdirilməsi ilə bağlı müzakirələr aparılır. Dəqiq sənəd ortaya qoyulmayıb və ictimai müzakirəsi də yoxdur. Sadəcə mətbuatdan oxuduğumuz məlumatlarla kifayətlənirik.
Summativ qiymətləndirmə yekun qiymətləndirmədir. Bu kiçik və böyük summativ olmaqla iki yerə bölünür. Düşünürəm ki, summativ qiymətləndirmə tam ləğv edilə bilməz. Amma sadələşdirilməsi vacibdir. Hansı formanın qəbul ediləcəyini gələcək göstərəcək.
Bir şeyi qeyd etməliyəm ki, əvvəl orta məktəblərdə biliyi qiymətləndirirdik. Artıq bacarıqların qiymətləndirilməsi də önə çəkilir. Bu baxımdan hazırlanacaq yeni qiymətləndirmə sənədlərində bu meyar da nəzərə alınacaq. Qəbul edilsin, ondan sonra qaydaların praktikada özünü doğruldub, doğrultmayacağını analiz edə bilərik”.
Qeyd edək ki, Təhsil Nazirliyinin məlumatına görə, summativ qiymətləndirmə ilə bağlı yeni sənəd layihəsində summativ qiymətləndirmənin sayının əsaslı şəkildə azaldılması əks olunub. Həmçinin gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib. Dövlət İmtahan Mərkəzinin müsbət rəyini alan layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya