"Faccebook" və "Twitter"lə bağlı doktorluq işi yazılıb
12:53 07.02.2018
Arxiv
1198
Osman Gündüz: "Belə bir doktorluq işi ilə rastlaşmışam: "Obamanın prezident seçilməsində "Faccebook" və "Twtitter"dən istifadə. Seçki prosesində sosial medianın imkanlarından faydalanmaq lazımdır"
"Prezident seçkiləri öncəsi təşviqatla bağlı sosial mediaya sərt yanaşma ortaya qoymaq doğru olmaz”.
Bu barədə "Sherg.az”a Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sosial şəbəkələrdə təşviqat kampaniyası aparılması barədə açıqlamalarını şərh edərkən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
O vurğulayıb ki, sosial medianın seçki prosesində faydalı tərəfləri də yetərincədir:
"Düşünürəm ki, bu sahədə daha da faydalanmaq məsələsini qabartmaq lazımdır. Çünki təşviqat üçün də ən ucuz vasitə, az resurs tələb edən, geniş kütləyə qısa müddətdə çatmağa imkan verən vasitə məhz sosial şəbəkələrdir. Deputatların, nazirlərin özünə, onların komandasına, digər şəxslərə bir qədər məlumat vermək olar ki, sui-istifadə hallarına yol verilməsin. Amma təhqir və böhtanın qarşısı alınmalıdır. İstənilən halda, kimsə öz lehinə, kiminsə əleyhinə nəsə yazacaq deyə, sosial medianı bağlamaq düzgün deyil.
Dünya praktikasında sosial medianın seçkilərdə tətbiqi xüsusi tədqiq olunan sahədir. O mövzular ətrafında elmi araşdırmalar aparılır, dissertasiyalar yazılır. Məsələn, belə bir doktorluq işi ilə rastlaşmışam: "Obamanın prezident seçilməsində "Faccebook" və "Twtitter"dən istifadə". Hesab edirəm ki, sosial medianı təşviq etmək lazımdır ki, bütün seçki prosesindən onun imkanlarından faydalanılsın".
Qeyd edək ki, M. Pənahov sosial şəbəkələrin idarəolunmaz amilə çevrildiyini deyib. O bildirib ki, bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır: "Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm