Fələstin İsraillə bütün əlaqələri kəsə bilər





Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsi hökuməti İsraillə bütün əlaqələri kəsməyə çağırıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İcraiyyə Komitəsi Fələstin hökumətini İsraillə siyasi, idarəçilik, iqtisadi və təhlükəsizlik səviyyədə əlaqələri dərhal və tamamilə kəsməyə çağırıb.


Fələstin Azadlıq Təşkilatı həmçinin BMT-yə müraciət edərək Qüdsü paytaxtı elan etmiş İsraili tanımaqdan imtina etməyə çağırıb.