Fikrət Fərəməzoğlu azadlıqda - Əfvə düşdü




JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu əfv olunub.

"Sherg,az"ın məlumatına görə, Prezident İlham ƏLiyevin bu gün imzaladığı əfv sərəncamında onun da adı var.

Qeyd edək ki, o, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, həmçinin 2 il jurnalistika fəaliyyətindən məhrum olunub.

Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.